7 C
Baku
Sunday, December 15, 2024

Çinin ÜDM artımı 2023-cü ildə 5 %-ə çatacaq

Çinin ümumi daxili məhsulunun (ÜDM) artım tempi 2023-cü ildə 5 % təşkil edəcək.

Bu, Çinin bazar günü açıqlanan sosial-iqtisadi inkişaf planında öz əksini tapıb.

“Çinin ÜDM artımı 5 % olacaq”, – Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının illik sessiyasının açılışında açıqlanan sənəddə qeyd olunub.

Qeyd edək ki, 2022-ci ilin sonunda Çinin ÜDM-i 2021-ci illə müqayisədə çoxsaylı lokal koronavirus alovlanması və qeyri-sabit beynəlxalq vəziyyət fonunda 3 % artıb ki, bu da rəsmi proqnozdan təxminən 5,5 % aşağı olub. ÜDM-in həcmi 121,020 trilyon yuan (17,95 trilyon dollar) təşkil edib.

Son xəbərlər
Digər xəbərlər