14 C
Baku
Saturday, April 27, 2024

Çinin xüsusi nümayəndəsi Ukraynaya gedib

Çin Xalq Respublikası Hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Xuey Ukraynaya gedib.

Bu barədə “Bloomberg“ məlumat yayıb.

Məlumata əsasən, Li Xueyin Ukrayna lideri Vladimir Zelenski ilə görüşüb-görüşməyəcəyi hələ dəqiqləşdirilməyib.

Xatırladaq ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bir müddət öncə bildirmişdi ki, Çinin xüsusi nümayəndəsi 16-17 may tarixlərində Ukraynaya 2 günlük səfər edəcək.

Venbinin sözlərinə görə, Li Xuey Ukrayna böhranının həlli ilə bağlı məsləhətləşmələrdə iştirak etmək üçün Rusiya, Almaniya, Polşa və Fransaya da səfər edəcək.

Çin diplomatının sözlərinə görə, rəsmi Pekin Ukraynadakı vəziyyəti daim diqqətdə saxlayır və bu münaqişənin sülh yolu ilə həlli prosesində fəal iştirak etməyə çalışır.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər