16 C
Baku
Thursday, March 28, 2024

Çinlilər 200 dollara iPhone 7 Plus yaradıb

Çinin Ulefone şirkəti özünün Ulefone Gemini Pro smartfonunu nümayiş etdirdi və bu telefon “demək olar ki, iPhone 7 Plus” kateqoriyasına aid olan ən ucuz mobil cihaz ola bilər.

Ulefone Gemini Pro smartfonunun əsas xüsusiyyəti ikili kameraya sahib olmasıdır. Dəyəri isə təqribən 200 dollardır və telefon bazarında bu xüsusiyyətə sahib ən sərfəli cihaz hesab olunur.

Smartfon yaradıcıları qeyd ediblər ki, onu yaradarkən hazırda bazarda populyar olan iPhone 7 Plus и iPhone 6s müasir smartfonlarının dizaynına xüsusi diqqət yetiriblər.

Bu smartfonun digər xüsusiyyətləri haqqında isə yalnızca onun 10 nüvəli MediaTek Helio X27 prosessoru əsasında yaradıldığı, 4GB əməliyyat və 128 GB daxili yaddaşa sahib olduğu məlumdur.Image result for Ulefone Gemini Pro

Son xəbərlər
Digər xəbərlər