6 C
Baku
Sunday, December 15, 2024

“Çıraq Plaza” hotelindəki restoranda nöqsanlar aşkarlandı – Siyahı

10 fevral tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 12 ticarət müəssisəsi və 14 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 15 müəssisədə nöqsanlar müəyyən olunub.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 5, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 9, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 8, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 4, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 4 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

 

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar
Ticarət obyektləri
1 “Sünbül” market Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 136A 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
4.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
2 “Ucuz” market Abşeron rayonu, Saray ştq, V.Axundov küçəsi 1.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
2.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
3.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
4.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
5.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
3 “Bolmart” market Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
4 “Rahat” market Abşeron rayonu, Mehdiabad qəs., Əzizbəyov küç., ev 1C Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
5 Əzizov Fuad Elşən oğluna məxsus mağaza Lənkəran rayonu, Koroğlu küçəsi Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
6 “Sərxan” market Şəmkir şəhəri, 20 Yanvar küçəsi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
7 “Səməd” market Xaçmaz rayonu, Qobuqıraq kəndi Azərbaycan dilində markalanması olmayan malların satışı
8 “Goldmart” mağazası Zaqatala şəhəri, F.Əmirov küçəsi, 17A Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
İctimai iaşə müəssisələri
9 “Tovuz Manqal” kafesi Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 19B 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
10 “Çıraq Plaza” hotelində restoran Yasamal rayonu, Tbilisi prospekti, ev 49C Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
11 “Xəngəlove” kafesi Nərimanov rayonu, Ak.H.Əliyev küç., ev 90D 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
12 “Balkonda” kafesi Nərimanov rayonu, Ak.H.Əliyev küç., ev 135A 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
13 “Qızılgül” kafesi Nərimanov rayonu, Ak.H.Əliyev küç., ev 98 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
14 “Kəhriz” kafesi Goranboy rayonu, Səfikürd kəndi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
15 “Taksim Corner” restoranı Lənkəran şəhəri, H.Aslanov küçəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
Son xəbərlər
Digər xəbərlər