7 C
Baku
Thursday, December 12, 2024

Çirkli pullar nə dərəcədə təhlükəlidir?

İnsan gün ərzində müxtəlif əşyalar ilə təmasda olur. Məsələn, nəqliyyat tutacaqları, salamlaşarkən digər bir şəxsin əli, iş alətləri, qab-qacaq və nəyahət pul. Digər sadalanan obyektlərin təmizliyinə nəzarət etmək müəyyən mənada mümkün olduğu bir halda, pullarla bunu edə bilmirik. Bir çoxlarımızın bildiyi kimi, kağız pullar çox sayda mikrob daşıyıcısıdır.

Banker.az saytı gündəlik həyatımızın ayrılmaz hissəsi olan kağız pulların insan sağlamlığı üçün nə dərəcədə təhlükə daşıdığını təqdim edir:

Banknotların tərkibinə daxil olan sellüloza – mikroorqanizmlər üçün qidalandırıcı təbii mühitdir. Zərərsiz canlıdan tutmuş qızılı stafilokokka qədər demək olar ki, hər şey bu mühitdə yaşaya bilir. Nəzəri olaraq pullardan qripp, göbələk, hepatit, meningit, helmint, vərəm və s. kimi xəstəliklərə yoluxmaq mümkündür. Lakin nəzəri olaraq. Son xəstəliyin kağız üzərində daimi inkişafı üçün isti nəm mühit lazımdır. Bizim mühitdə isə bu virusun daşıyıcıları bir neçə dəqiqə ərzində ölür. Pullar yalnızca mikroorqanizmlər baxımından təhlükəli deyil. Məlumdur ki, pullar effektiv şəkildə radiasiya toplayır. Pulların üzərindən narkotika izlərini silmək çox çətindir.


Əslində, puları təmizləmək və belə desək, zərərsizləşdirmək elə də çətin məsələ deyil. Mikrobların əksəriyyəti ultrabənövşəyi şüaya (banklarda əməliyyatçılar bu işıq altında pulları nəzərdən keçirir) qarşı davamlı deyillər. Bu mikrobların heç biri 200 dərəcə temperaturunda sağ qalmırlar. Yaponiya bankomatlarında pullar avtomatik olaraq bu dərəcəyə qədər qızdırılır. Mikroblar həmçinin qərb ölkələrinin banklarının hücrələrində yaradılan azonlaşdırılmış mühitdə də məhv olurlar.

Hazırda avronu dünyanın ən təhlükəsiz valyutası hesab etmək olar. Belə ki, bu banknotlar bakterisid material ilə örtülüdür. Düzdür, bu material yoluxmaya qarşı zəmanət olmasa da, bu ehtimalı 10 dəfəyə qədər azaldır.

Bir faktı da qeyd edək ki, banknotun nominalı nə qədər çox kiçikdirsə, bir o qədər çox əllərdə dolaşır. Buna da uyğun olaraq, kiçik nominallı banknotlar daha çirkli pullardır.

Son xəbərlər
Digər xəbərlər