10 C
Baku
Friday, December 13, 2024

“Citigroup” qızılın bir unsiya üçün 3000 dollara qədər bahalaşacağını proqnozlaşdırıb

“Citigroup” analitiklərinin hesablamalarına görə, qızılın qiyməti yaxın 6-18 ay ərzində bir unsiya üçün 3000 dollara çatacaq. Bu barədə “Bloomberg” yazıb. “Citigroup” analitiklərinin fikrincə, qızılın qiymətinin artmasına ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) aşağı faiz dərəcələrinə keçəcəyi gözləntiləri fonunda investor axınının artması kömək edəcək.

Onların fikrincə, unsiya üçün 3000 dollara gedən yol son illərdə faktiki olaraq olmayan qızıl birja fondlarına (EFT) daxilolmalarla asanlaşacaq. Analitiklər qızılın orta qiyməti ilə bağlı proqnozlarını 2024-cü ildə 2350 dollara, 2025-ci ildə isə 2875 dollara yüksəldiblər.

“Bloomberg” qeyd edir ki, qızıl külçələrinin qiymətləri Yaxın Şərqdəki hərbi əməliyyatlar, Rusiyanın Ukraynada apardığı müharibə, mərkəzi banklardan alışlar və Çində istehlak tələbi səbəbindən bahalaşıb.

Aprelin 12-də qızılın qiyməti ilk dəfə olaraq bir unsiya üçün 2400 dolları ötüb. Çikaqo Ticarət Birjasının (CME) məlumatına görə, aprelin 16-da Bakı vaxtı ilə saat 12:11-də qiymətli metalın unsiyası 2383.5 dollara satılıb.

Əgər silahlı münaqişələr investorları narahat etməyi dayandırarsa, qızıl qiymətlərindəki “geosiyasi mükafat” azalacaq, lakin hələki qiymətli metal qeyri-müəyyənlikdən qorunmaq üçün əsas maliyyə aləti olaraq qalır.

Son xəbərlər
Digər xəbərlər