Amerikanın “Citigroup” investisiya bankının baş direktoru Michael Corbat, 2021-ci ilin fevralında istefa vermək niyyətindən olduğunu bildirib. Banker.az xəbər verir ki, bu barədə bankın rəsmi açıqlamasına istinadən TASS məlumat verib.
“Citigroup-un CEO-su Michael Corbat, bankda 37 il çalışdıqdan sonra 2021-ci ilin fevralında təqaüdə çıxmağı və idarə heyətindən ayrılmağı planlaşdırdığını açıqlayıb”, – deyə açıqlamada deyilir.
Bildirilir ki, Karbatın istefa verməsindən sonra onun yerini Jane Fraizer tutacaq. Hazırda Jane “Citigroup”un prezidenti vəzifəsini icra edir.
CNBC-nin bildirdiyi kimi, Jane Fraizer “Citigroup”da baş direktor vəzifəsini icra edən ilk qadın olacaq.