27 C
Baku
Tuesday, May 28, 2024

“City Finance” BOKT cərimələnib

AGA Group-a daxil olan “City Finance Bank Olmayan Kredit Təşkilatı” MMC barəsində inzibati tənbeh tətbiq edilib.

Banker.az xəbər verir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsində yekun məhkəmə aktına əsasən BOKT barəsində İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsi ilə inzibati tənbehin tətbiqi təsdiqlənib.

İXM-nin 598-ci maddəsi “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması” faktı kimi tətbiq edilir. 598.1.1-ci bəndə əsasən maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə cərimə edilir.  Bu protokola görə, şirkətə 20 min manatdan 30 min manatadək məbləğdə cərimə edilir.

Maliyyə institutlarına bu maddə üzrə inzibati xəta protokolunu Azərbaycan Mərkəzi Bankının tətbiq edir.

Qaydaya görə, müvafiq rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Xatırladaq ki, “City Finance” BOKT 2014-ci ildə təsis edilib və 5 milyon manat nizamnamə kapitalı var. Kapitalın 100%-i Aqa Şirkətlər Qrupuna (AGA Group) aiddir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər