“TikTok” tətbiqinə sahib olan “ByteDance” şirkəti ABŞ, Yeni Zelandiya və Avstraliyadakı biznesinin alıcısını artıq müəyyən edib. Banker.az xəbər verir ki, bu barədə CNBC məlumat verib.
Nəşrin verdiyi məlumata görə, “TikTok”un satışı ilə bağlı məlumatlar sentyabrın 1-də açıqlana bilər.
Xatırladaq ki, avqustun 28-də Çin hökuməti texnologiyaların ötürülməsinə dair yeni qanun qəbul edib. “TikTok” tətbiqində süni zəka texnologiyasından istifadə olunduğuna görə, satınalma baş tutmaya bilər.
“ByteDance” lisenziya almaq üçün Çin hökumətinə müraciət etməli olacaq.