6 C
Baku
Monday, December 16, 2024

“Coca-Cola Rusiya”nın baş meneceri vəzifəsinə xanım gətirildi

Lana Popoviç “Coca-Cola Rusiya”nın baş meneceri təyin edilib.

Rusiya mətbuatına istinadən, bu barədə şirkətdən bildirilib.

O, Rusiya, Ukrayna, Belarus, Polşa, Latviya, Litva, Estoniya ve Moldovadakı biznes üçün məsuliyyət daşıyacaq şirkətin yeni bir bölümünə rəhbərlik edəcək.

Əvvəl, “The Coca-Cola Company”nin Rusiya üzrə baş meneceri Lyubo Qruiç olub.

Lana Popoviç dünyanın müxtəlif ölkələrində strategiya və marketinq sahəsində rəhbər vəzifələr tutub. Şirkətdə 16 ildən çox təcrübəyə malikdir.

2006-cı ildə o Xorvatiya üzrə regional menecer seçilib. Daha sonra Bosniya və Herseqovinada. 2011-ci ildə Lana Yunanıstanda əməliyyat direktoru vəzifəsinə gətirilib.

O, 2012-ci ildə cənub-şərqi Avropa üzrə əməliyyat direktoru vəzifəsinə gətirilib. Şirkətin 7 ölkə üzrə, həmçinin Yunanıstan və Serbiyada biznesini idarə edib.

2016-cı ilin iyulunda isə xanım Popoviç Polşa və Balikyanı ölkələr üzrə “Coca-Cola”nın baş meneceri təyin edilib.

Adindex.ru-nun hesablamalarına görə, şirkət 2016-cı ildə Coca-Colanı Rusiyanın beş mediasında təbliğ etmək üçün 2 milyard rubl xərcləyib.

©️ FaceMark.az

Son xəbərlər
Digər xəbərlər