İçki istehsalçısı təkrar emalın şirkətin Şimali Amerikada 2018-ci il ilə müqayisədə plastikdən istifadəsini 20%-dən çox azaltmağa kömək edəcəyini iddia edir.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Yeni butulkalar 2021-ci il ərzində ABŞ-da satışa çıxarılacaq. Qeyd edək ki, içkinin qiymətində heç bir dəyişiklik olmayacaq. 2022-ci ilin sonunadək şirkət təkrar emal prosesini sadələşdirmək üçün “Sprite” içkisini tam şəffaf qablaşdırmaya keçirməyi planlaşdırır.
Xatırladaq ki, “Coca-Cola” bitki materiallarından istifadə daxil olmaqla, şüşənin alternativini hazırlayan ilk şirkətlərdən biridir. Lakin reallıq budur ki, plastikə çevrilmiş bitki materialı adi plastik kimidir.
2020-ci ildə “Break Free From Plastic” hərəkatı “Coca-Cola”nı dünyanı ən çox çirkləndirən şirkətlərdən biri adlandırmışdır. Buna cavab olaraq şirkət plastikdən imtina etmək niyyətində olmadığını və bunun yerinə daha emal etmək istəyir.