17 C
Baku
Monday, May 6, 2024

Coca-Colanın “dahi” uğursuzluğu

Coca-Cola şirkətinin bir qrup reklam işçiləri yeni məhsulu tanıtmaq və reklam kampaniyasını həyata keçirmək üçün Səudiyyə Ərəbistanına yollanır. Amerikalılardan ibarət komanda nə isə vizual və sadə bir şey yaratmaq qərarına gəlirlər. Onlar ərəb dilini bilmirdilər, heç tərcümə detalları ilə də məşğul olmaq niyyətində də deyildilər.

Bu zaman əla bir məzmun təklif edilir: Üç yan yana plakat yerləşdirilir və üzərində yuxarıdakı təsvirlər əks etdirilir.

Daha doğrusu: 1-ci plakat səhrada susuzluqdan əziyyət çəkən insan təsvir edilir. İkinci plakatda o Cola içir. Üçüncü plakatda isə gümrah və sağlam şəkildə qaçaraq yoluna davam edir. Hər şey çox gözəl şəkildə şəkilir, çap edilir və bütün şəhər boyu yapışdırılır.

Lakin reklam kampaniyası elə ilk andan baş tutmur. Bəs nəyə görə?

İdeyanın sadəliyinə, asanlıqla başa düşülməsinə və keyfiyyətli şəkildə yerinə yetirilməsinə baxmayaraq amerikalılar bir faktı nəzərdən qaçırmışdılar…

Səudiyyə Ərəbistanında insanlar yazıları sağdan sola doğru oxuyur…

Son xəbərlər
 ⁠
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.