6 C
Baku
Sunday, December 15, 2024

“Coinbase” birjası rusiyalılara məxsus 25 mindən çox cüzdanı bloklayıb

“Coinbase” kriptovalyuta birjası rusiyalı fiziki və hüquqi şəxslərlə bağlı olan 25 mindən çox ünvanın bloklanması haqqında qərar verir.

Həmin şəxslərin qeyri-qanuni fəaliyyətlə bağlı olduqları ehtimal edilir.

Məlumata görə, birja Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq ayrı-ayrı şəxslərə və ərazilərə qarşı tətbiq edilən sanksiyaları dəstəkləyir və sanksiyalar altında olan subyektlərin bloklanması istiqamətində tədbirlər görür.

Xatırladaq ki, daha əvvəl “Coinbase” sanksiyalar altında olmayan şəxslərin platformadan istifadə etməsinə qadağa qoymadığını bəyan edib.

 

 

Son xəbərlər
Digər xəbərlər