12 C
Baku
Friday, March 29, 2024

“Coinbase” rusların hesablara girişini məhdudlaşdırır

“Coinbase” kriptobirjası Rusiya istifadəçilərinə onların hesablarına girişin tezliklə məhdudlaşdırılacağı barədə xəbərdarlıq edib. Banker.az “Banki.ru”ya istinadən xəbər verir ki, bu, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla bağlıdır.

“8 aprel 2022-ci ildə Avropa İttifaqı (Aİ) “Coinbase”in bəzi Rusiya müştərilərinə kriptovalyuta xidmətləri göstərməsinə mane olan sanksiyalar tətbiq edib. Bu müştərilərə Rusiya vətəndaşları, Rusiyada yaradılmış hüquqi şəxslər və bu ölkənin rezidentləri daxildir”, – deyə şirkət bildirib.

Onun sözlərinə görə, ruslar kriptovalyutanı birjadan 31 may 2022-ci il saat 5:01-ə qədər çıxarmalı və “Coinbase” hesablarına əlavə vəsait göndərməmlidirlər. Əks halda vəsaitlər dondurula bilər.

Xatırladaq ki, 21 martda “Binance” da Rusiyada yaşayan müştəriləri üçün bir sıra xidmətləri dayandırdığını açıqlamışdı. Birja vurğulayır ki, Rusiya rezidentləri yalnız pul çıxarma funksiyasından istifadə edə biləcəklər.

Son xəbərlər
Digər xəbərlər