6 C
Baku
Saturday, December 14, 2024

“Commonwealth Bank of Australia” böyük aktivini satır

“Avstraliya Birlik Bankı” (Commonwealth Bank of Australia) “Colonial First State” səhm paketinin 55%-ni 1,1 milyard dollara satır.

Banker.az “Vesti.ru”ya istinadən xəbər verir ki, aktivlərin alıcısı Amerikanın investisiya nəhəngi KKR olacaq. Qeyd edək ki, tərəflər arasında sazişin 2021-ci ilin birinci yarısında bağlanacağı gözlənilir.

“Colonial First State” – Avstraliyanın ən böyük aktiv idarəetmə qruplarından biridir: hazırda 130 milyard dollardan yüksək qiymətləndirilir. KKR və CBA “Colonial” qrupunun fəaliyyətini gücləndirmək üçün əhəmiyyətli investisiya proqramını qəbul etmək niyyətində olduqlarını söyləyiblər.

“Commonwealth Bank of Australia” nın öz payını satmaqda əsas məqsədi bütün diqqətini bank sektoruna yönəltmək istəyi olmuşdur. Qeyd edək ki, bu proses dünən başlamamışdı: 2018-ci ildə maliyyə konqlomeratı “Colonial First State Global Asset Management” şirkətini “Mitsubishi UFJ Trust” korporasiyasına 4,1 milyard dollara satıb. İndiki əməliyyatdan gələn pullar banka tarazlığı gücləndirməyə imkan verəcəkdir: pandemiya səbəbindən kredit təşkilatı “pis” borclara görə 1,5 milyard dollar zərər edib.

“Financial Times” ın qeyd etdiyi kimi, bu saziş KKR-in pandemiyaya baxmayaraq investisiya planlarından geri dönmədiyini göstərir. Belə ki, mayın 12-də investisiya nəhənginin “Coty” kosmetika şirkətinə 750 milyon dollar yatırım etdiyi məlum olub.

Son xəbərlər
Digər xəbərlər