9 C
Baku
Friday, December 13, 2024

Conson və Zelenski taxıl ixracını müzakirə ediblər

Böyük Britaniyanın Baş naziri Boris Conson və Ukrayna Prezidenti Volodimir Zelenski telefon danışığı zamanı Ukrayna taxılının ölkə limanlarından ixracının qarşısının alınması ilə bağlı vəziyyəti müzakirə ediblər. Banker.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.

Məlumata görə, tərəflər Ukraynadan taxıl ixracına dair diplomatik danışıqları müzakirə ediblər. Bundan əlavə, liderlər Ukrayna iqtisadiyyatının dəstəklənməsi sahəsində irəliləyiş əldə etmək üçün G7 liderləri də daxil olmaqla, digər müttəfiqlərlə işi intensivləşdirməyə razılaşıblar.

Ukrayna prezidenti Consonla ölkənin şərqindəki cəbhə bölgələrinə son səfərindən də danışıb, əlavə beynəlxalq dəstəyə ehtiyac duyulan əraziləri qeyd edib.

Öz növbəsində Conson Böyük Britaniyanın Ukraynaya dəstəyini davam etdirdiyinə əmin edib və Britaniya hakimiyyətinin Kiyevə çoxsaylı buraxılış raket sistemləri ötürmək niyyətini təsdiqləyib.

Son xəbərlər
Digər xəbərlər