10 C
Baku
Wednesday, December 11, 2024

Cozef Bayden Roman Protaseviçin həbsini pislədi

Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden Belarusda saxlanılan “Nexta” teleqram kanalının keçmiş baş redaktoru Roman Protaseviçi azad etməyə çağırıb.

Bu barədə Ağ Evin saytına istinadən xəbər verilir.

ABŞ rəhbəri “Ryanair”lə bağlı hadisəni pisləyib.

“AB-yə üzv iki dövləti arasında “Ryanair” şirkətinin kommersiya təyyarəsinin uçuş istiqamətinin Belarus tərəfindən məcburi şəkildə dəyişdirilməsi, habelə xaricə səyahət edən Belarus jurnalisti Roman Protaseviçin təyyarədən endirilməsi və həbsi beynəlxalq normaları birbaşa pozmaqdır. Amerika Birləşmiş Ştatları həm təyyarənin yönləndirilməsini, həm də cənab Protaseviçin təyyarədən çıxarılması və həbsini ən sərt şəkildə qınayır”, – ABŞ rəbəri deyib.

Bayden həmçinin qeyd edib ki, bu hadisə ilə bağlı beynəlxalq araşdırmanın aparılması tələbinə qoşulur.

Mayın 23-də “Nexta” teleqram kanalının banisi Roman Protaseviç İrlandiyanın Afinadan Vilnüsə uçan “Ryanair” aviaşirkətinin təyyarəsinin təcili eniş etməsindən sonra Belarusun hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun sevgilisinin də tutulduğu bildirilir.

Protaseviç Belarusda bir neçə maddə üzrə, o cümlədən kütləvi qarışıqlıqların təşkil olunmasında ittiham edilir. “Nexta” teleqram kanalı Belarus hakimiyyəti tərəfindən ekstremist hesab olunur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər