3 C
Baku
Saturday, December 14, 2024

CPC yükgöndərənlərin sifarişlərini azaldılmış həcmdə yerinə yetirəcək

Xəzər Boru Kəməri Konsorsiumu (CPC) Novorossiysk şəhəri yaxınlığında yerləşən terminalda üç uzaq yanalma qurğusundan ikisini onlarda problemlər aşkar etdiyinə görə müvəqqəti olaraq istismardan çıxarıb.

Qeyd olunan səbəbləridən yükgöndərənlərin müraciətləri azaldılmış həcmdə həyata keçiriləcək.

“CPC dəniz terminalında yükləmə əməliyyatları müvəqqəti olaraq yalnız üçüncü uzaq yanalma qurğusundan vasitəsilə həyata keçirilir. Bir qurğudan istifadə yükgöndərənlərin sifarişlərini azaldılmış həcmdə yerinə yetirməyə imkan verəcək”, – məlumatda qeyd olunur.

Xatırladaq ki, CPC neft kəmərləri sistemi Xəzər regionundan dünya bazarlarına neft nəqli üçün ən böyük marşrutdur. Uzunluğu 1.5 min kilometr olan magistral boru kəməri Qərbi Qazaxıstan yataqlarını Qara dənizin Rusiya sahilləri ilə birləşdirir və burada neft dəniz terminalı vasitəsilə tankerlərə yüklənilir. Boru kəmərinin ötürmə qabiliyyəti 67 milyon tondur, 2023-cü ilə qədər onun təxminən 80 milyon ton artırılması planlaşdırılır. CPC sistemi vasitəsilə Qazaxıstan neftinin təxminən 80%-ni ixrac edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər