10 C
Baku
Friday, December 13, 2024

CQD ölkələrinə LNG tədarükü üzrə ilk saziş imzalanıb

ABŞ-ın “Excelerate Energy Inc.” və “Overgas Inc.” şirkətləri Albaniyanın cənubundakı Vlora şəhərində tikintisi planlaşdırılan terminala yenidən qazlaşdırılmış mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü ilə bağlı razılıq əldə etdiklərini elan ediblər.

İki şirkət iki ölkə arasında 10 il müddətinə ildə 1 milyard kubmetrədək yenidən qazlaşdırılmış LNG-nin tədarükünə dair sazişi nəzərdə tutan memorandum imzalayıb.

Vlora terminalı üçün “Exelerate” layihəsi təkcə Bolqarıstan üçün deyil, həm də regionun qonşu ölkələri üçün mavi yanacağın şaxələndirilməsinə kömək edəcək. Vlora terminalı Vlora-Fyer qaz kəməri vasitəsilə Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) birləşdiriləcək.

“Cənub Qaz Dəhlizi (CQD) layihəsində olan bir çox Avropa ölkələri üçün LNG-yə çevik çıxış onların enerji təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir. Vlora LNG terminalı kimi layihələr Bolqarıstanın, CQD ilə birləşən digər Balkan və Avropa ölkələrinin təcili enerji ehtiyaclarına cavabdır”, – “Exelerate”in ticarət üzrə vitse-prezidenti Oliver Simpson bildirib.

O qeyd edib ki, “Overgas” şirkəti ilə saziş regionda diversifikasiya edilmiş tədarük çatışmazlığını həll edəcək seriyada birincidir.

“Overgas” şirkətinin baş direktoru Svetoslav İvanov bu sazişin imzalanmasını Avropada və xüsusilə Balkanlarda enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyinə doğru irəliləyişin fenomenal nümunəsi kimi xarakterizə edib.

Cari saziş Vlora terminalından Albaniyanın digər qaz infrastrukturlarına qaz kəmərinin çəkilişində əməkdaşlıq potensialından istifadə etmək məqsədi daşıyan “Excelerate”, “Snam” və “Albgaz” və “Overgas” ilə “Albgaz” arasında əvvəlki memorandumların davamıdır.

 

 

Son xəbərlər
Digər xəbərlər