25 C
Baku
Saturday, July 27, 2024

“Credit Suisse” bankının baş direktoru istefa verib

İsveçrənin “Credit Suisse” bankının baş direktoru Ticani Tiam istefa verib.

Artıq “Credit Suisse Group”un Direktorlar Şurası onun istefasını qəbul edib və vakant posta Tomas Qottştaynı təyin edib.

Qeyd olunur ki, T.Tiam bankın 2019-cu il üzrə işlərinin nəticələrini təqdim etdikdən sonra fevralın 14-də vəzifəsindən ayrılacaq. O, bankda 2015-ci ildən işləyirdi.

T.Qottştayn isə 20 ildən çoxdur “Credit Suisse”dədir. O, son zamanlarda bankın İsveçrədəki rəhbəri kimi fəaliyyət göstərirdi.

©Report

Son xəbərlər
Digər xəbərlər