26 C
Baku
Saturday, July 27, 2024

“Credit Suisse” investisiya bankı işçilərinə $20 000 bonus ödəyəcək

“Credit Suisse” investisiya bankı 2021-ci ilin ikinci rübündə top-menecer olmayan işçilərin hər birinə 20 min dollar bonus ödəyəcək. Bununla bank 125 milyard dollar dəyərində sövdələşmələrə görə işçilərini mükafatlandırmaq istəyir.

“Credit Suisse” bunu “həyat tərzinə xərclənəcək birdəfəlik ödəmə” adlandırır. Ödənişlər bankın analitikləri və məsləhətçiləri üçün nəzərdə tutulub. Bankın idarəedici direktor vəzifəsindən aşağı olan bütün işçilərin əmək haqqı gələcəkdə artırıla bilər.

Xatırladaq ki, martın 19-u “Goldman Sachs” analitikləri aşırı işləmə və onun səbəb oldu sağlamlıqla bağlı bir sıra problemlərdən şikayət ediblər. On üç mütəxəssisdən ibarət olan sorğuya görə, “Goldman Sachs” analitikləri orta hesabla həftədə 95 saatdan çox, yəni hər gün 14 saat işləyirlər. Gənc işçilər gündə beş saat yatdıqlarını və səhər saat 3:00-ə qədər işlədiklərini bildiriblər. Respondentlərin dörddə üçü özünü “iş yerində sui-istifadə qurbanları” hiss etdiklərini etiraf edib. Təxminən eyni sayda insan psixoloji yardım almaq məcburiyyətində olub. Bütün sorğu iştirakçıları ailə və dostları ilə münasibətlərinin pisləşdiyini, iş yerində mikromenecmentdən əziyyət çəkdiklərini açıqlayıb.

Gənc analitiklər iş saatlarını həftədə maksimum 80 saata qədər məhdudlaşdırmağı və iş tapşırıqlarını vaxtında müzakirə etməyi təklif ediblər. Bundan əlavə, onlar əvvəlcədən nəzərdə tutulmuş hallar istisna olmaqla, cümə və şənbə günləri saat 21:00-dan sonra onları işə cəlb edilməməsini istəyiblər. Analitiklərin şikayət və təkliflərinə səsli cavab verən bankın icraçı direktoru David Solomon şənbə gününün qaydalarına nəzarəti gücləndirəcəyini və investisiya bankçılığı üzərində işləmək üçün əlavə mütəxəssislər işə götürəcəyini bildirib.

Eyni gündə Nyu-Yorkda yerləşən “Jefferies” investisiya bankı analitiklərinin (ümumilikdə 1124 nəfər) “Peloton” simulyatorları və “Apple” məhsulları (Apple Watch SE, iPad Air и AirPod Pros с AppleCare+) daxil olmaqla, müxtəlif hədiyyələr seçə biləcəklərini açıqlayıb. “Citigroup”un baş direktoru Ceyn Freyzer isə martın 23-ü daxili videozəngləri qadağan edib və 28 may gününü “Citi Reset Day” adlı bayram elan edib.

Son xəbərlər
Digər xəbərlər