“Cronos Construction” şirkəti Şuşada abidələri 2 milyon manata bərpa edəcək

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” Publik Hüquqi Şəxsi Şuşa şəhərində yerləşən abidələrin bərpa və konservasiyası işlərinin 1-ci mərhələsi üzrə elan etdiyi açıq tenderə yekun vurub.

Banker.az xəbər verir ki, satınalma müsabiqəsinin qalibi “Cronos Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) seçilib.

Müqaviləyə əsasən, qalib şirkət Şuşa şəhəri ərazisində yerləşən 6 memarlıq abidəsinin bərpa və konservasiyası işlərini həyata keçirəcək.

Bağlanmış satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 1 833 445 manat təşkil edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər