22 C
Baku
Thursday, May 2, 2024

Dəlisov iş müsahibəsi: Ekoloq üçün işgəncə

Mən kolleci bitirəndə, hüquqşünas olmağı arzu edirdim, baxmayaraq ki, mənim əsas ixtisasım ekologiya idi. Mən dünyanın ən nüfuzlu hüquq kompaniyalarından birinə – Wachtell Lipton şirkətinə  müsahibəyə dəvət olunmağa müvəffəq olmuşdum.

İntervü zamanı kompaniyanın xanım əməkdaşı mənim tərcümeyi-halımı (rezume) nəzərdən keçirirdi, sonra isə o, gözlərini qaldırıb, mənə baxdı və rezumeni cırmağa başladı. Bu zaman onun dediyi sözlər heç vaxt yadımdan çıxmaz: “Ətraf-mühitin qeydinə qalan bir insan kimi, yəqin ki, belə mənzərəni izləmək sizə heç də xoş deyil,  düz demirəmmi? Onu da bilin ki, biz burada həddindən artıq kağız korlayırıq və düzünə qalsa bu, heç bizim vecimizə də deyil”.

Nəticədə mən heç vaxt hüquqşünas ola bilmədim.

Son xəbərlər
 ⁠
Digər xəbərlər