Dünyaya uşaq gətirəndən sonra mən uzun müddət idi ki, işləmirdim. Elə də tələskənlik yox idi, amma mən özümü yoxlamaq üçün yenə də bir neçə müsahibəyə getmək qərarına gəldim. Sadəcə ona görə ki, bir az daha təcrübəm olsun və yenidən iş mühitinə uyğunlaşım. Ona görə də nəticənin xüsusi qeydinə qalmadan, mən elə ilk iş görüşməsindəcə bəyan etdim ki, mən iş saatlarından artıq işləməyi düşünmürəm, həmçinin lazım bildikdə mən uşağıma görə işdən çıxıb evə getməli olacağam, həm də işə yalnız üç həftədən sonra başlaya bilərəm.
O, məndən hansı məbləğdə əməkhaqqı gözləntim olduğunu soruşanda isə mən inanılmaz dərəcədə absurd bir rəqəm qeyd etdim. O, mənə bildirdi ki, belə bir miqdarda əməkhaqqı ödəyə bilməz, amma dediyimdən cəmi 5% aşağı məbləğ təklif etdi. Həmçinin razılaşdı ki, vaxtından artıq iş qəddarlıqdır, ən vacib olan – uşaqdır və soruşdu ki, bu üç həftə ərzində iş günün yarısı qədər işləyə bilərəmmi? Axı mən necə imtina edə bilərdim.