Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Dəmir Bank” ASC-nin kreditorlarına müraciət edib.
Müraciətdə deyilir ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin ödənilməsinə yanvarın 23-dən başlanılacaq.
Ödəniş nağdsız qaydada həyata keçiriləcək. Kreditorlardan Fondun Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd etmələri xahiş olunur.
©Report