Daim kommunikasiya kanallarının genişləndirilməsi və təkmilləşdirilməsi üzərində çalışan DəmirBank yeni rəqəmsal əlaqə kanallarını müştərilərin istifadəsinə təqdim edir. Belə xidmətlərdən biri də Bankın rəsmi WhatsApp hesabının istifadəyə verilməsidir.
Artıq DəmirBank müştəriləri bir sıra xidmətlər üçün filiala yaxınlaşmadan Whatsapp vasitəsilə Banka müraciət edə bilərlər. Xidmət həftəiçi günlər, 09:00 – 18:00 saatları arasında aktivdir. Müştərilər bank xidmət və məhsulları ilə bağlı suallarını yaza və ya plastik kart, kredit və kredit xəttini online sifariş edə bilər.
Qeyd edilən xidmətdən yararlanmaq üçün WhatsApp üzərindən +994050 2252 149 nömrəsinə müraciət edə bilərsiniz.
Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi: (012) 149