-1 C
Baku
Sunday, December 15, 2024

DəmirBank-ın Xəzər filialı yeni ünvanda

DəmirBank bu gün, 20 dekabr tarixində, Xəzər filialının yeni ünvanda və korporativ tərtibatda rəsmi açılış tədbirini keçirib.

Bakı şəhəri, A. Məhərrəmov küç., 33 A ünvanında (“Şamaxinka”dan 3 mk/r dairəsinə düşən yol, Azərpoçtun yanında) yerləşən filial fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir.

Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.

DəmirBank son 3 ilə yaxın müddətdə 13 filialını yeni ofislərə köçürüb və daha bir neçə filialın köçürülməsi nəzərdə tutulur. Filialların daha rahat və geniş ofislərə köçürülməsi, vahid korporativ üslubda interyer tərtibat və təmir işləri Bankın müştəri xidmətinə verdiyi önəmi əks etdirir.

Son xəbərlər
Digər xəbərlər