23 C
Baku
Friday, April 26, 2024

“Dəyişikliklər sadələşdirilmiş verginin əhatə dairəsini məhdudlaşdırmağı hədəfləyib”

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər sadələşdirilmiş verginin əhatə dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırmağı hədəfləyib.

Təklifə görə, ticarət sektorunda çalışanlar dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergidən kənarda qalır. Belə ki, illik dövriyyəsi 200 000 manatı ötməyən pərakəndə ticarətçilərin mikro sahibkar statusu ilə 75%-lik güzəşt edilməklə 20%-lik gəlir vergisi rejimində çalışması təklif olunur. 200 min manatdan yuxarı pərakəndə ticarətçilər ƏDV məqsədləri üçün qeydiyyat rejimində çalışacaqlar.

Topdansatış ticarətçilərə ümumiyyətlə dövriyyədən asılı olmayaraq sadələşdirilmiş verginin ödəyici olmaq hüququ verilmir.

İşçi sayı 5 nəfərdən çox olan istehsal müəssisələrinin sadələşdirilmiş verginin ödəyici ola bilməməsi məqsədəuyğun sayılır. Bu müəssislər də dövriyyə həcminə görə mikro müəssisə statusuna malik olduqda, 75%-lik güzəşt edilməklə 20%-lik gəlir vergisi rejimində çalışacaqlar. 200 min manatdan yuxarı pərakəndə ticarətçilər ƏDV məqsədləri üçün qeydiyyat rejimində çalışacaqlar.

Nəhayət, əhali istisna olmaqla iqtisadiyyatın yerdə qalan bütün institusional vahidləri üçün (hüquqi şəxslər və fərdi sahibkarlar, dövlət müəssisləri) xidmət göstərən, iş görən sahibkarlar da sadələşdirilmiş verginin ödəyicisi ola bilməyəcək. Onlar da mikro-müəssisə statusu qazandıqda, yuxarıda göstərilən qaydada güzəştli gəlir vergisi şəraitində çalışa biləcəklər.

Eyni zamanda, lisenziya tələb olunan fəaliyyətlər, xəz-dəri məmulatlarının satışı, qızıl və qızıl məmulatlarının satışı sadələşdirilmiş vergidən kənarda qalacaq.

İndiki variantda, məsələn, ticarət üçün bu variant çox sərfəli görünür. Məsələn, 200 000 min manatlıq illik dövriyyəsinin 150 000 manatı məhsulun maya dəyəri olan mağaza üçün 5% gəlir vergisi ödəmək daha sərfəlidir, nəinki 200 000 manat üçün 4% sadələşdirilmiş vergi ödəmək.

Lakin, indiki halda xırda sahibkarlar üçün çox dəqiq və peşəkar mühasibatın köməyi ilə xərclərin və anbarın uçotunu təşkil etmək, bir sözlə yaxşı sənədləşmə lazım gələcək. Bir də əvvəlki dövrlərdə olduğu kimi yenə də vergidən yayınmaq üçün xərcləri şişirtmək üçün min cür sxemlər qurulacaq. Nəticədə vergi sisteminin daima və intensiv yoxlamaları üçün tələbat artacaq.

Sadələşdirilmiş vergidə isə xərclər əhəmiyyətini itirdiyi üçün belə sxemlərə ehtiyac yox idi. Vergi inzibatçılığı üçün dövriyyəni izləmək daha asandır, nəinki xərcləri…

Hər halda təklif olunan dəyişikliklərin nə dərəcədə effektiv olduğunu gələn il bu zamanlar rahatlıqla müzakirə etmək olacaq…

Rovsn AGAYEVMüəllif
Rövşən AĞAYEV

Ekspert

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər