26 C
Baku
Thursday, May 30, 2024

Daha 15 ailə Laçın şəhərinə köçürülür

İyunun 19-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 15 ailə – 48 nəfərin köçürülməsi baş tutub.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Laçın şəhərinə ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayоn İcra Haкimiyyətinin rəsmiləri işitirak ediblər.

Bununla da, Laçın şəhərində 57 ailə, yəni 217 nəfərin daimi məskunlaşması təmin edilib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər