Daha 174 azərbaycanlı Ukraynadan təxliyə edilir

“Azərbaycan Hava Yolları” QSC (AZAL) fevralın 28-də Ukraynadakı vəziyyətlə əlaqədar qonşu ölkələrə keçmiş 174 Azərbaycan vətəndaşını çarter reysi ilə təxliyə edəcək.

Bu barədə Xarici İşlər Nazirliyindən bildiriblər.

Məlumata əsasən, Rumıniyadan uçuş həyata keçirəcək təyyarə saat 23:00-00:00 ətrafında Bakıda eniş edəcək.

Qeyd edək ki, Rumıniya ərazisindən reallaşdırılacaq çarter reyslərindən birincisi artıq həyata keçirilib. Türkiyənin “Tailwind” şirkəti vasitəsilə 168 nəfər Azərbaycana çatdırılıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər