Daha 8 sahibkar Neftçala sənaye məhəlləsinin rezidenti olmaq istəyir

Sahibkarlar Neftçala sənaye məhəlləsi ərazisində məhsullarının istehsalına 2016-cı ilin yayında başlaya bilərlər.

Trendin məlumatına görə, bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Onun sözlərinə görə, daha 8 sahibkar sənaye məhəlləsinin rezidenti olmaq üçün müraciət edib və hazırda onların müraciətinə baxılır: “Xarici sərmayədarlarla müzakirələr aparılır. Xüsusilə qeyd etmək istəyirəm ki, burada (Neftçala sənaye məhəlləsində) avtomobil istehsalı yaradılacaq. Həmçinin balıq konservləşdirilməsi zavodunun yaradılması müzakirə olunur“.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər