23 C
Baku
Saturday, April 20, 2024

Daha ağıllı olmağın 28 yolu

27 yaşımıza yaxın beynin işində müəyyən nasazlıqlar müşahidə etməyə başlayırıq, 37 yaşdan sonra isə yaddaşımızın əhəmiyyətli dərəcədə zəiflədiyini başa düşürük. Buna görə də, gecikmədən beyninizi məşq elətdirməyə başlayın. 

  1. Daha çox oxu

Kitablar nə qədər mürəkkəb və qeyri-adi olsa, bir o qədər yaxşıdır. Mürəkkəb konstruksiyalar, uzun və detallı cümlələr, nadir sözlər və s. – beynimiz üçün ən yaxşı “qidalardan” biridir. 

  1. Masa üzərində nağara çal

Eşitdiyiniz musiqini nağara çalaraq təkrarlamağa çalışın: diz, masanın üstü və ya yeni aldığınız tamtam – fərqi yoxdur. Əlinizin işi və ya yemək çöpləri ilə. ABŞ-ın San-Diyeqo şəhərinin ən yaxşı neyrobioloq həkimlərindən biri olan Anirud Patel, ritm hissinin öyrənmə prosesində mühüm rol oynadığını söyləyir. 

  1. Klassik musiqiyə qulaq as

Xüsusilə də Mosartın əsərlərini. 1995-ci ildə psixoloq Frensis Rauşer hiylə ilə otağa otuz dənə siçan cəlb etdi. İki ay ərzində onlar bu otaqda Mosartın əsərlərinə qulaq asırdılar. Təcrübədən sonra məlum oldu ki, heyvanlar nəinki daha yaxşı rəqs etməyə başladılar, həm də digər siçanlara nisbətən labirintdən daha sürətli çıxa bilirdilər. 

  1. Yaddaşınızı məşq elətdir 

London şəhərinin taksi sürücülərinin hippokampı daha böyüdür – beynin emosiya və yaddaşa cavabdeh olan hissəsi. Bəs sən onlardan nə ilə əskiksən?

  • “Brainscale” saytından istifadə et. Burada sən beynin müəyyən sahələrinin fəaliyyətini öyrənmək və stimullaşdırmaq, məntiqi təfəkkürü və konsentrasiyanı inkişaf etdirmək üçün 1958-ci ildə tərtib edilmiş “N geri” tapşırığının variantlarından birini tapa bilərsən. 2008-ci ildə aparılan araşdırmaya görə, bu məntiqi tapşırıqlar zəkanı və konsentrasiya qabiliyyətini inkişaf etdirə, habelə yaddaşı gücləndirə bilər. 
  • Almağınız lazım olan məhsulların siyahısını tərtib etdikdən sonra bir neçə dəfə oxuyun və yadda saxlamağa çalışın. Marketdə növbədə dayandığınız zaman şifahi olaraq aldığınız məhsulların ümumi qiymətini hesablamağa çalışın. Əgər aldığınız cavab düz olsa, mükafat kimi özünüzə ispanaq ala bilərsiniz: o, yaddaşı gücləndirməyə kömək edir. 
  • Hər gün bir şeir əzbərləyin. Bilirik ki, sonuncu dəfə bunu uşaq bağçasında, bayramqabağı etmisən. Əgər yaddaşınızı gücləndirmək istəyirsinizsə, gününüzün yarım saatını şeir əzbərləməyə sərf edin.  
  1. Qəhvə iç

Kofein orqanizmdə dofamin və noradrenalinin mediatorlarının ifrazını stimullaşdırır, onlar isə konsentrasiyanı qorumağa kömək edirlər. Qeyd edək ki, gün ərzində siz dörd fincan təbii qəhvə içə bilərsiniz və bu dozanı aşılamaq olmaz. Əks halda baş ağrısı, narahatlıq hissi, tremor və aritmiya kimi problemlərlə üzləşə bilərsiniz. 

  1. Albert Eynşteyn

Fizikaçı, Nobel mükafatı laureatı: 

“İntellektual inkişaf doğum anından başlamalı və ölümə qədər davam etməlidir. Uğurun sirri məlumatı harada tapa biləcəyinizi və necə istifadə edəcəyinizi bilməkdir. Sərhədləri genişlənmiş beyin köhnə sərhədlərə bir daha qayıtmayacaq. Görkəmli şəxsiyyətlər gözəl nitq ilə deyil, öz zəhməti və nəticələri ilə formalaşır”. 

  1. Mark Porsiy Kato

Böyük dövlət xadimi, yazıçı:

“Müdrik insan ağılsız insanlardan daha çox şey öyrənir, nəinki ağılsız insanlar müdriklərdən”. 

  1. Şahmat, dama və poker oyunlarını oyna

Bu oyunlar səni nəinki zənginləşdirə bilər, həm də təfəkkürünüzü inkişaf etdirir. Əgər şahmatı çox yaxşı oynadığınızı düşünürsənsə, qərar verməyə bir dəqiqədən çox vaxt sərf etməməlisən. 

  1. Hesablamaları beynində aparmağa çalış

Bəli-bəli, sən də bunu bacara bilərsən. Cibindəki xırda pulları çıxar, onlara göz gəzdir və ümumi məbləği beynində hesablamağa çalış. Harvard University universitetinin psixoloqu Veronik İzgard, hesablamalara görə beynin kvazilyon (Belə bir rəqəm var ki? Deyəsən, vəziyyət düşündüyünüzdən də pisdir) il bundan əvvəl yaranmış bölgələrin cavabdeh olduğunu söyləyir. Hesablama qabiliyyətinin nə qədər inkişaf etdiyini yoxlamaq üçün qısa və ya genişmiqyaslı testlərdən keçə bilərsən. Qeyd edək ki, hesablama qabiliyyətini inkişaf elətdirməyin ən sadə yolu müxtəlif əşyaların çantaya yığmaqdır. Belə ki, əşyaların bir çantaya sığması üçün onları necə qoya biləcəyini düşünməlisən və bu, beyin üçün əlavə məşqdir. 

  1. Beynini düzgün qidalandır!

Xüsusilə məktəb illərində əzbərlədiyin şeirlərdən birini belə xatırlaya və ya Facebook-un bildirişləri olmadan dostlarını doğum günü münasibətilə təbrik edə bilmirsənsə. 

  • Qoz. Bu, beyin üçün faydalı olan demək olar ki, əsas qidalardan biridir! Gündə beş dənə qoz ye və özünü beynin fəaliyyətini yaxşılaşdıran və yaddaşı aktivləşdirən letisin ilə təmin etmiş olacaqsan. Eyni zamanda artan radiasiya şəraitində yaşayırsansa, qoz sənin üçün çox faydalı olacaq. 
  • Balıq. Balıq yod və beyin hüceyrələrinə impulsların ötürülməsi üçün lazım olan omega-3 yağ turşuları ilə zəngindir. Bundan əlavə, omega-3 qandakı xolestirinin səviyyəsini tənzimləyir və qan damarlarının işini yaxşılaşdırır. Əgər gündə ən az 100 qram balı yesən, reaksiya sürətiniz artacaq, Alçheymer xəstəliyinin inkişaf etmə riski isə azalacaq.  
  • Balqabaq toxumu. Pencəyinin cibinə yarım stəkan balqabaq toxumu tök və ofisdəki qalmaqallar zamanı beynini daha sürətlə düşünməyə məcbur et. Bu, balqabaq toxumunun tərkibindəki sink sayəsində olur. 
  • İspanaq. Həftədə iki-üç dəfə omletinizə ispanaq əlavə edin. Onun tərkibində olan lutein beyin hüceyrələrini vaxtından əvvəl qocalmaqdan qoruyacaqdır.
  • Adaçayı. Johns Hopkins University universitetində adaçayının yaddaşın pozulmasına cavabdeh olan amin turşularının təsirinin qarşısını aldığı aşkar edilmişdir. İndi orada olan hər kəs çayına adaçayı əlavə edir. 
  1. Həmsöhbətinin növbəti ifadəsini təxmin etməyə çalış

Massachusetts Institute of Technology institutundan olan Rebekka Seyks əmindir: biz başqalarını söz olmadan – üz ifadəsi, baxış və digər oxşar işarələrlə başa düşə bilərik. Bu bacarığa görə beynimizin sağ qulağın arxasında olan bölgəsi məsuliyyət daşıyır. 

  1. Blog yarat

Gündəlik hadisələri bölüşərkən, yalnız düşüncələri daha aydın ifadə etməyi deyil, eyni zamanda yeni mövzular və sədaqətli oxucuların “qıcıqlandırıcı” sualları haqqında düşünməyi öyrənəcəksiniz. 

  1. Koiti Toxey

Yazıçı və aykido ustası deyir: 

“Oxumaq zəkanın təməl daşıdır. Boş vaxtınızı oxumağa sərf edin. Romanlar, elmi əsərlər, bioqrafiyalar oxuyun İlk olaraq kitab haqqında təsəvvür yaratmaq üçün onu nəzərdən keçirin. Əgər oxuduğunuz məlumatın mahiyyətə malik olduğunu başa düşürsünüzsə, bir daha oxuyun. Nəticədə beyninizin müxtəlif şərtlərə uyğunlaşmaq qabiliyyəti artacaq”. 

  1. Krossvordlar həll et

Təəccüblüdür, amma bu metod həqiqətən də effektivdir: krossvordlar beynin fəaliyyətini stimullaşdırır. 

  1. Konstantin Şeremetyev

Tədqiqatçı, “Zəka” layihəsinin, “Mükəmməl beyin: şüur altı stimulları necə idarə etmək olar” və “Daha ağıllı olmağın yolları” kitablarının müəllifi: 

“Bəzi insanlar elə düşünürlər ki, əgər onlar orta məktəbdə riyazi məsələləri yaxşı həll edə bilirdilərsə, demək çox ağıllıdırlar və əbədi olaraq belə qalacaqlar. Bu, cəfəngiyatdır. Əgər 18 yaşda məşq edib əzələlərinizi inkişaf etdirsəniz, çox gözəl fiziki formaya sahib olmuş olacaqsınız. Lakin bu o demək deyil ki, bundan sonra ömrünüzün axırına kimi divanda uzanıb idmanı unuda bilərsiniz. Qısa zamanda əzələləriniz yenidən zəifləyəcək və siz əvvəlki vəziyyətinizə qayıtmış olacaqsınız. Beynin effektiv fəaliyyəti ilə də belədir”. 

  1. Xarici dil öyrən

University of London universitetinin nevrologiya doktoru Andrea Mechelli, bir neçə xarici dildə danışa bilən insanların fərqli məsələlər arasında keçid emtək daha asan olduğunu iddia edir. Əgər beyninizi inkişaf etdirmək istəyirsinizsə, xarici dil öyrənin. 

  1. Telefonuna ağıllı tətbiq yüklə

Bir çox insanlar diqqətini gündəlik işlərdən yayındırmaq üçün sosial şəbəkələrdə vaxt keçirməyi üstün tuturlar. Düzünü deyək, ən çox hansı tətbiqlərdən istifadə edirik? Bizcə, heç bir faydası olmayanlardan. Beyninizi məşq elətdirmək istəyirsənsə, mobil telefonuna maraqlı tətbiqlər yüklə və vaxtını daha səmərəli keçir. Onlardan bir neçəsini təqdim edirik:

  • Yaddaş məşqçisi. Rəngli düymələrin ardıcıllığını yadda saxla və təkrar et. 
  • Einstein. Bu, məntiq və yaddaşın inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş 30 müxtəlif tapşırığın toplusudur. 
  • Dahinin beyni. Əfsanəyə görə, uşaq bağçasına getmək istəməyən Eynşteyn tərəfindən yaradılmış məşhur məsələnin variantlarından biridir. 
  1. Vaxt itirmə

İşdə boş vaxtın olsa, Vikipediyanın “təsadüfi” məqaləsini oxuyun, yeni məlumat öyrən. 

  1. Gəzintiyə çıx

Konsentrasiyanı inkişaf etdirməyin yollarından biri də təmiz havada gəzintiyə çıxmaqdır. Mütəxəssislərin fikrincə, gəzinti insanın diqqətini 15%-dək yaxşılaşdırır, beyində yeni hüceyrələrin inkişaf etməsinə səbəb olur. 

  1. Beyninə istirahət etmək üçün vaxt ver

Nə qədər məşğul olmağından asılı olmayaraq, zehni fəaliyyət müddətində hər 1-1,5 saatdan bir özünə istirahət üçün vaxt ayır. Məsələn, fiziki hərəkətlər et və ya bir fincan kofe iç. Bu halda beynin mərkəzləri yeni informasiyanı daha yaxşı həzm edərək, gözlənilməz nəticəyə gəlirlər. 

  1. Yaddaşı və zehni fəaliyyəti aktivləşdirən maddələr qəbul et

Sənə verdiyimiz bütün tövsiyələri qulaqardına vurursan, amma sabah isə “Nə? Harada? Nə vaxt?” çempionatının finalına getməlisən, bu halda vaxt itirmədən yaddaşı gücləndirmək üçün vitaminlər qəbul edə bilərsən. 

IQ səviyyəsini artırmağa neyrometabolik stimulyatorlar və ya nootroplar kömək edə bilər (yaddaş və zehni fəaliyyətə aktivləşdirici təsir göstərən maddələr). Onların təsiri təxminən belə olmalıdır: hər şeyi atıb yatmaq istəyinin olmaması, reaksiyanın yaxşılaşması, yüngül qıcıqlanma və ətrafdakı insanlardan daha ağıllı olduğunuz hissi. Lakin burada kiçik bir problem var – nootropların beyinə göstərdiyi təsir hələki tam olaraq tədqiq edilməyib. 

  1. “Tetris” oyununu oyna

Amerikan tədqiqatçıları tərəfindən aparılan araşdırma klassik tapmacanın insan beyninin inkişafına müsbət təsir göstərə biləcəyini göstərdi. Belə ki, “Tetris” oyunu beyindəki boz maddənin miqdarını artırmaqla yanaşı, insanın düşünmə qabiliyyətini gücləndirir. Üç ay boyunca gündə yarım saat “Tetris” oynayan insanların hərəkət, tənqidi düşüncə, danışma və məlumat emalı kimi qabiliyyətlərin yaxşılaşması müşahidə edilmişdir. 

  1. Leonardo da Vinçi

Rəssam, ixtiraçı, alim, yazıçı: 

“İstifadə edilməyən dəmir parçası paslanır, su çürüyür və ya donur, insanın ağlı isə get-gedə zəifləməyə başlayır. 

  1. Anatoliy Vasserman

Jurnalist, siyasi məsləhətçi:

“Daha çox oxuyun və izləyin, fərqli biliklər arasında əlaqə və bənzəmələri tapmağa çalışın – və çox vaxt keçmədən daha çox şey başa düşmək üçün hansı boşluqları doldurmalı olduğunuzu hiss edəcəksiniz. Zəka olmadan, qalan hər şey öz əhəmiyyətini itirir. İndi ağıllı olmaq dəbdədir və bu, insana çox gözəl hisslər bəxş edir. Maraq göstərin və sizə maraqlı olan hər bir şeyi asanlıqla yadınızda saxlaya biləcəksiniz. Yaddaşı qorumaq üçün siz çox çalışmalısınız, müxtəlif maraqlara sahib olmalısınız. Bu halda yaddaş sizin etibarlı dayağınız olacaqdır”. 

  1. Kifayət edəcək qədər yat

Beyin gün ərzində topladığı informasiyanı gecə saatlarında emal edərək, xatirələr yaradır. University of California (Berkeley) universitetinin əməkdaşları bildirirlər ki, yetkin insan sağlam olmaq üçün gündə 6-8 saat yatmalıdır. 

  1. Yeni üsullarla oxu

Əlbəttə ki, bu məsləhətə göz gəzdirib dərhal növbətisinə keçmisən. Beynini inkişaf etdirmək istəyirsənsə, bunları etməyi tövsiyə edirik:

Mətni oxuyarkən, sətirləri karandaşla izlə. Getdikcə karandaşın hərəkətini sürətləndirə bilərsən – bu halda gözlərin artan yükə alışacaq, oxu sürətin artacaq və informasiyanı daha tez qəbul edə biləcəksən. 

İnsanların 80%-i oxuyarkən sözləri ürəyində tələffüz edir. Əslində, bu çox pis vərdişdir, çünki əlavə vaxt alır və konsentrasiyanı pozur. Daxili səslə mübarizə aparmaq üçün otuza qədər sayarkən və ya mahnı oxuyarkən (söz olmasa da olar), eyni zamanda mətn oxumağa çalış. Bir-iki həftə ərzində mətnin məzmununu başa düşə bilməsən də, tədricən hər şey normaya düşəcək. 

Fizioloqların fikrincə, həyəcan verici bir şey gördükdə insanların göz bəbəyi refleksiv olaraq genişlənir. Mətndə sənə maraqlı olan yerə gəlib çatanda da eyni şey müşahidə olunur: göz bəbəyi genişlənir, yəni göz daha çox işıq qəbul etməyə başlayır və beyin daha çox informasiya qəbul edə bilir. Neyrofizioloji baxımdan, maraq beynin yeni məlumatları yaddaşda olan məlumatlarla müqayisə etdiyi anda ortaya çıxır. 

  1. Qeyri-adi hobbi (fəaliyyət) ilə məşğul ol

Salk Institute for Biological Studies (San-Diego) institutunun keçirdiyi araşdırmalar qeyri-adi fəaliyyət növü beynin inkişafı üçün çox faydalı olduğunu göstərir. Birincisi, bu fəaliyyət insanın diqqətini gündəlik rutin işlərdən yayındırır, ikincisi isə beyin tanımadığı fəaliyyətlərə uyğunlaşmağa və nəticədə məşq etməyə məcbur olur. 

  1. Alan Veys

NCH Səhiyyə İttifaqının prezidenti: 

“Bütün diqqətiniz oyun dünyasında olduqda, beyniniz fəaliyyətini aktual problemlərin həllinə yönəldir. O, gündəlik həyatda rastına çıxan vəziyyətlərdən çıxmaq üçün qeyri-adi yollar axtarır. Sonradan bu ideyalar sizin üçün real həyatda, o cümlədən işdə və ya ünsiyyətdə yararlı ola bilər”. 




Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər