7 C
Baku
Sunday, December 15, 2024

Agentlik nazirliyin tabeliyinə verildi

Nazirlər Kabinetinin (NK) 2014-cü il 26 may tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi ilə bağlı Baş nazir Novruz Məmmədov qərar qəbul edib.

Banker.az bu barədə NK-nin rəsmi saytına istinadən xəbər verir.

Qərarda deyilir ki, NK-nin 2014-cü il 26 may tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na aşağıdakı məzmunda III bölmə əlavə edilsin,  yəni, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin adı daxil edilsin.

Son xəbərlər
Digər xəbərlər