-1 C
Baku
Saturday, December 14, 2024

Daha bir general vəzifəsindən azad olundu

Dövlət Gömrük Komitəsinin daha bir vəzifəli şəxsi bu qurumla bağlı açılan cinayət işinə cəlb olunub.

Komitənin Gömrük Nəzarətinin Təşkili Və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Rəisi, general-mayor Kənan Məmmədov bu səbəbdən tutduğu vəzifədən azad olunub. Hazırda gömrük generalı hüquq-mühafizə orqanları tərəfindən dindirilir.

Qeyd edək ki, K. Məmmədov daha əvvəl Bakı Baş Gömrük İdarəsinin rəisi olub. 2019-cu ildə general-mayor rütbəsi ilə təltif edilib.

Xatırladaq ki, son dövlər DTX tərəfindən Gömrük Komitəsində silsilə əməliyyatlar keçirilib. Aralarında generallar da olmaqla bir sıra yüksək vəzifəli şəxslər rüşvət və mənimsəmə ittihamı ilə həbs edilib. DGK sədri Səfər Mehdiyev isə iyulda vəzifəsindən azad olunub.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər