22 C
Baku
Wednesday, May 29, 2024

Daha bir marşrut xətti müsabiqəyə çıxarılır

Bakının “Azadlıq prospekti” metrostansiyası – Görədil qəsəbəsi arasında sərnişindaşımanı həyata keçirən 108 A nömrəli şəhərətrafı müntəzəm marşrut xətti müsabiqəyə çıxarılıb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər sentyabrın 18-i, saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Ramil Musayev – tel.: 012-567-99-76, 055-512-34-97, e-poçt: [email protected]) qəbul ediləcək.

İddiaçıların təklifləri komissiya tərəfindən 1 Lot üzrə baxılacaq. Marşrutun qrafiki haqqında məlumatı buradan əldə etmək olar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər