Danimarka Mərkəzi Bankı investorlara kriptovalyutalara sərmayə yatırmamaq barədə xəbərdarlıq edib.
Danimarka Milli Bankının rəhbəri Lars Rohde bildirib ki, “ölümcül ‘Bitcoin’dən uzaq durmaq lazımdır”: “‘Bitcoin’ə investisiya yatırmaq istəyənlər risklərə qarşı hazır olmalıdırlar. İtkilərlə üzləşəcəkləri halda maliyyə tənzimləyicilərini günahlandırmamalıdırlar”.
Rohdenin açıqlaması ilin əvvəlindən indiyədək 800 faiz dəyər qazanan ‘Bitcoin’in “köpük” olduğuna dair narahatlıqları artırıb.
Məlum olub ki, Danimarka ‘Bitcoin’ə pul yatıran investorlarına itkilərlə üzləşəcəkləri halda dəstək olmayacaq.