2017-ci il aprelin 4-də “Başak-İnam Sığorta Şirkəti” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
APA şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, yığıncağın gündəliyinə ASC-nin 2016-cı il üzrə fəaliyyətinin yekunu, maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasına dair təftiş komissiyasının hesabatının təsdiq edilməsi, müstəqil audit təşkilatının cəmiyyətin ötən il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasına dair hesabatının müzakirəsi, cəmiyyətin könüllü qaydada ləğv edilməsi kimi məsələlərin müzakirəsi daxildir.
Bununla yanaşı, iclasda səhmdarlar şirkətin ləğvetmə komissiyasının yaradılmasını müzakirə edəcək.