9 C
Baku
Tuesday, November 5, 2024

Daha bir şirkət BOKT-a çevrildi

Azərbaycanda ötən il yaradılan maliyyə yönümlü şirkət “Home Finance” MMC kredit təşkilatına çevrilir.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, “Home Finance” MMC bundan sonra “Home Finance Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilib.

“Home Finance BOKT” MMC-nin qanuni təmsilçisi Əmrahov Vüqar Rasim oğludur.

Şirkət BOKT-a çevriləndən sonra onun nizamnamə kapitalı 20 manatdan 310 min manata qaldırılıb. Bildiyiniz kimi, Azərbaycan Mərkəzi Bankı tərəfindən minimal tələb nizamnamə kapitalı üçün hazırda 300 min manatdır.

Qeyd edək, bu BOKT hələ ki Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziya əldə etməyib.

 

Son xəbərlər
Digər xəbərlər