19 C
Baku
Thursday, April 25, 2024

Daha bir təcrübəli maliyyəçi dövlət şirkətinə təyinat aldı

Azərbaycanda dövlətə məxsus olan dəmir yolları operatoru “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat olub.

Banker.az-ın əldə etdiyi məlumata görə, Elçin İbadov ADY-nin Baş maliyyə inzibatçısının müavini təyin edilib.

Qeyd edək ki, hazırda ADY-nin Baş maliyyə inzibatçısı “Yüksəliş” müsabiqəsinin qalibi Orxan Yusibovdur. O, 2021-ci ilin iyulundan bu postdadır. Bununla bağlı Banker.az həmin tarixdə xəbər dərc etmişdi.

Elçin İbadov bundan öncə, “Baker Tilly Audit Azərbaycan”da çalışırdı.

E.İbadov, “Baker Tilly Audit Azərbaycan”da Audit üzrə baş mütəxəssisdir. O, “Baker Tilly Audit Azərbaycan” QSC-yə 2013-cü ildə Southampton Universitetinin Maliyyə və Mühasibat fakültəsini magistr dərəcəsi ilə bitirdikdən sonra qoşulmuşdur.

Audit şirkətinin səhifəsində bildirilir ki, Elçin İbadov MHBS və yerli ÜQMP əsasında maliyyə hesabatlarının auditi, xüsusi məqsədli audit, xüsusi məqsədli audit əsasında Pay Bölgüsü Sazişi, yerli və beynəlxalq şirkətlərin filiallarının nəzərdən keçirilməsi daxil olmaqla, əminlik və məsləhət xidmətləri üzrə praktiki təcrübəyə malikdir. Onun müştərinin maliyyə hesabatlarının etibarlılığı və ədalətliliyinin təhlili, nəzərdən keçirilməsi və qiymətləndirilməsi və araşdırmaların müvafiq tərəflərə çatdırılmasında təcrübəsi vardır. E. İbadov Southampton Universitetinin Maliyyə və Mühasibat fakültəsinin magistr dərəcəsinə və Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat və Audit fakültəsinin bakalavr dərəcəsinə sahibdir. O hal-hazırda ACCA üzvlüyünün peşəkar mərhələsindədir.

“Global Energy Azərbaycan”, “Təmiz Şəhər” ASC, “Sumqayıt Kimya Sənaye Parkı” MMC, “LV Caspian Ltd”, “MST” MMC, “BakuBus” MMC, “CNIM Azərbaycan Ltd” MMC kimi layihələrdə iştirak edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər