26 C
Baku
Thursday, May 30, 2024

Daha bir xarici şirkət Azərbaycanın “delivery” bazarına girir

“Yango” da Azərbaycanda “Bolt” və “Wolt” kimi şirkətlər kimi Azərbaycanda daşıma xidmətləri bazarına girir. Buna qədər şirkət ölkədə taksi xidmətini həyata keçirirdi.

Banker.az xəbər verir ki, Bakıda “Yango Delivery” Məhdud Məsuliyyətli Cəmiyyəti adlı şirkət təsis edilib.

Şirkət Bakı şəhəri Xətai rayonu, Xocalı ev.55. ünvanında 50 000 manat nizamnamə kapitalı ilə yaradılıb.

Şirkətin qanuni təmsilçisi Qazaxıstan Respublikası vətəndaşı Shapiyev Tamirlan-dır.

“Yango” Avropada, Afrikada, Yaxın Şərqdə və Cənubi Amerikada fəaliyyət göstərən və mobil proqram vasitəsilə səyahət, çatdırılma və e-ticarət xidmətini həyata keçirir.

“Yango” Hollandiyada yerləşən “Ridetech International B.V.” şirkəti tərəfindən idarə olunur, əvvəllər adı “Yandex Taxi B.V.”dir. Hansı ki, “Yandex N.V.”nin törəmə şirkətidir.

2023-cü ildən etibarən xidmət Fil Dişi Sahili, Qana, Finlandiya, Kamerun, Seneqal, Norveç, Zambiya, Anqola, Əlcəzair, Mozambik, Birləşmiş Əmirliklər, Boliviya və digər ölkələrdə fəaliyyət göstərir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər