26 C
Baku
Saturday, July 27, 2024

Daha iki bankın kreditorlarının tələblərinin qəbulu başa çatdı

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) “Qafqaz İnkişaf Bankı” və “Atrabank” ASC-lərin kreditorlarının tələblərinin qəbulu prosesini başa çatdırıb.

Bankların ləğvedicisi olan Fonddan Trendə verilən məlumata görə, bu bankların kreditorlarının tələblərinin qeydə alınmasına 27 avqust 2016-cı il tarixdən başlanılıb və 27 oktyabr 2016-cı il tarixində başa çatdırılıb. Bu tarixdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələbləri ləğvedici tərəfindən qeydə alınmayacaq.

Qeyd edək ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli 2-1(81)-1594/2016 saylı qərardadları ilə “Qafqaz İnkişaf Bankı” və “Atrabank” müflis elan olunub və ADIF həmin tarixdən qeyd edilən bankın ləğvedicisi kimi fəaliyyətə başlayıb.

Son xəbərlər
Digər xəbərlər