15 C
Baku
Saturday, April 27, 2024

“Daimler” 2021-ci ildə pilotsuz avtomobillərin seriya ilə istehsalına başlayacaq

Almaniyanın “Daimler” avtomobil konserni yaxın gələcəkdə pilotsuz avtomobillərin seriya ilə istehsalına başlamaq niyyətində olduğunu bəyan edib.

“Аutomobilwoche” saytına istinadən, konsernin pilotsuz idarəetmə şöbəsinin rəhbəri Maykl Hafner şirkətin 2021-ci ildən etibarən robotlaşdırılmış taksi avtomobilləri istehsalına başlamağı planlaşdırdığını bildirib. Əsasən Almaniyanın daxili bazarı, sonra Amerika, gələcəkdə isə Çin bazarı üçün ilk mərhələdə 10 min belə avtomobil buraxılacaq.

Yerüstü pilotsuz avtomobillərin sınaqları Kaliforniyada keçiriləcək.

MənbəAzərTac
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər