2 C
Baku
Saturday, December 14, 2024

DALL-E 2 nədir və ondan necə istifadə etmək olar? – Təlimat

DALL-E 2 – Amerikanın “OpenAI” şirkəti tərəfindən yaradılmış süni intellekt platformasıdır və öz sahəsində ən populyarlardan biridir. O,  mətn təsvirləri əsasında unikal şəkillər yaratmaq üçün nəzərdə tutulmuşdur.

DALL-E 2-nin mühüm xüsusiyyəti ondan ibarətdir ki, burada siz şəkil yükləyə və mətn göstərişlərindən istifadə edərək onu redaktə edə bilərsiniz. DALL-E 2 platforması sizə real fotoya bənzəyən heyrətamiz şəkillər yaratmağa, həmçinin onlara müxtəlif effektlər əlavə etməyə imkan verir. Alət “Midjourney”ə çox bənzəyir, lakin daha geniş funksionallığa malikdir.

DALL-E 2-ni necə istifadə etmək olar?

Qeyd etmək vacibdir ki, DALL-E 2 kredit sistemindən istifadə edir. Bu o deməkdir ki, siz istifadənin ilk ayında 50-yə qədər pulsuz şəkil düzəldə bilərsiniz, sonra isə qeydiyyat günü hər ay daha 15 kredit alacaqsınız. İşə başlamaq üçün ilk olaraq bu sayta daxil olmalısınız.

lyxvk3s 1024x516 1

Növbəti mərhələdə açılmış sətrdə ingilis dilində (rus dilindən də istifadə edə bilərsiniz, lakin ingilis dilində nəticə daha dəqiq olacaq) yaratmaq istədiyimiz şəklin təsvirini yazırıq və sonra şəkil yaratmaq üçün “Generate” düyməsini sıxırıq.

Bəs öz şəklinə oxşar şəkillər yaratmaq və ya edit etmək üçün nə etməliyik?

RhDikza

Şəkildə qeyd edildiyi kimi, “upload an image” düyməsini sıxırıq və istədiyimiz şəkili yükləyirik. Daha sonra “Generate variation” funksiyası vasitəsi şəklimizin müxtəlif variantlarını yaradırıq.

Müxtəlif elementlər əlavə etməklə, şəkillərinizin keyfiyyətini yaxşılaşdıra bilərsiniz. Bu funksiya təcrübə, redaktə və müxtəlif variantlardan seçim etmək üçün çoxlu imkanlar verir. Yeganə məhdudiyyət kreditlərin sayıdır, lakin bu, gözəl əsərlər yaratmaq üçün maneə deyil.

DALL-E 2 neyron şəbəkəsinin mənfi cəhətləri

Geniş funksionallığına baxmayaraq, DALL-E 2 neyron şəbəkəsinin mənfi cəhətləri çoxdur. Neyron şəbəkə bəzən orijinal şəkilləri nümayiş etdirməklə, müəllif hüquqlarını pozur.

Bununla əlaqədar olaraq tövsiyə olunur:

– çox detallı uzun sorğular verməyin;
– sorğularda dar peşəkar və konkret terminlərdən istifadə etməyin;
– sorğularda inkardan istifadə etməyin.

Düzgün sorğu yaratmaq üçün “Promptomania”, “Phraser”, “Prompter”, “Prompt helper” və ya “Noonshot” kimi xidmətlərdən istifadə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər