Daniel Kahneman: “İnsanın beyni hər şeyi sadələşdirməyə meyllidir”

Daniel Kahneman – İsrail-Amerika əsilli psixoloq, Prinston Universitetinin professoru və eyni zamanda 2002-ci ildə Nobel mükafatını almış ən nüfuzlu müasir mütəfəkkirlərdən biridir. Onun əsərləri bir çox dillərə tərcümə olunub, “Asta düşün, tez qərar ver” kitabı isə dünyanın ən çox satılan əsərləri siyahısına daxil edilib. Daniel Kahneman Harvard Business Review-yə verdiyi müsahibəsində robotların verdiyi təxminlərin daha doğru və süni intellektin təhlüli olmasından danışdı. 

15 il ərzində jurnalımızda fikirlərinizdən yazılmış ilhamverici məqalələr yer almışdır. Konsepsiyanız iqtisadiyyat və idarəetmə elmi, habelə şirkətlərin fəaliyyətinə nə dərəcədə təsir göstərib?

Kahneman: Birincisi, “davranış iqtisadiyyatı” adlı bir istiqamət ortaya çıxdı. İkincisi isə “rasional agent” modeli öz üstünlüyünü itirmiş oldu. Düşünmürəm ki, psixoloqlar və biheviorist iqtisadçıların araşdırmaları şirkətlərdə strateji qərarların qəbul edilməsinə təsir etsin. Ola bilər, kimsə bizim konsepsiyadan az-çox istifadə edir, amma onların genişmiqyaslı qərarlarda nəzərə alınacağına inanmıram. Mən ümumiyyətlə fikirlərin insanların fəaliyyətinə göstərdiyi təsir məsələsində nikbinəm. 

Menecment nəzəriyyəçilərin məqalələrini dərc etdiyimiz üçün nikbin olmalıyıq. Məsələn, onlardan birində deyilmişdir ki, qərarları mərkəzləşdirilmiş şəkildə qəbul edən şirkətlər, böhranın mənfi nəticələrinə daha çox məruz qalırlar. Bu sizin işinizə aid olan fikirlərdən biridir?

Sizi məyus etmək istəmirəm, amma şirkətlərin mərkəzləşdirmə dərəcəsi mənim təcrübə sahəmdən kənara çıxır. Mən psixoloqam və yalnız mənim fəaliyyət sahəmə aidiyyəti olan mövzulardan danışa bilərəm – koqnitiv səhvlər, təfəkkürün “tələləri” və düşünülmüş qərarların üstünlükləri. Mənə elə gəlir ki, siz sadəcə peşəkarı olmadığım şeylərdən danışmağımı istəyirsiniz. 

Əlbəttə ki, yox! Mən demək istəyirəm ki, şirkət üçün qərarların məhz məlumatlı insanlar tərəfindən verilməsi vacibdir. Bu sizin nəzəriyyənizlə əlaqəlidir?

Çox da yox. Gəlin, izah edim. Tədqiqatlarımızda biz koqnitiv səhvlərdən danışırıq. İnsan başa düşməlidir ki, bəzi qərarlar metodik şəkildə nəzərdə keçirilməlidir. “Asta düşün, tez qərar ver” kitabının insanlara çatdırmaq istədiyi mesaj budur: impulsiv qərarlardan qaçın və intuisiyaya güvənməyin. Bu, biznes üçün çox vacibdir, çünki bir çox lider yalnız intuisiyasına güvənir. 

Onlar hələ də məlumatlardan istifadə etmirlər, yoxsa çox az istifadə edirlər? Axı onlar “tələlər” in mövcud olduğundan xəbərdardırlar

Yəqin ki, indi onlar daha çox informasiyanı nəzərə alırlar, çünki get-gedə məlumatların həcmi artır. İnformasiyanın həcmi dəyişsə də, koqnitiv səhvlər olduğu kimi qalırlar. Bir çox insan həmin səhvlər haqqında bilir, onları müzakirə edir, lakin real proseslərdə nadir hallarda kimsə bu bilgidən yararlanır. Tələ haqqında bilmək və tələyə düşməmək fərqli-fərqli şeylərdir. 

Bir çoxları “Asta düşün, tez qərar ver” kitabını oxuyaraq nəzəriyyəmizlə tanış olublar. Və bizim o kitabda qeyd etdiyimiz tələlərin bəziləri gündəlik dilə nüfuz etdi. Məsələn, kimsə risk etməkdən qorxur və bu halda insan dərhal loss averson adlandırdığımız tələni xatırlayacaqdır. 

Bəli, buna “itkilərdən qaçınmaq” da deyə bilərik. Lüğətimizdə bu termin artıq dərin kök salıb. Sizcə, başqa hansı terminlər bizim üçün artıq adiləşib?

Qərb dünyasında lövbər konsepsiyası çox geniş başa düşülür – diqqəti bir şey üzərində cəmləşdirmək fenomeni. Beyin digər cəhətləri, aspektləri və hətta sözləri belə axtarmağa tənbəllik edir. Bir çox insanlar əlçatanlıq tələsindən xəbərdardırlar: biz baş verən hadisələri öz təcrübəmizə əsaslanaraq qiymətləndiririk. Məsələn, yeni xəbərlərə həddindən artıq çox dəyər vermək. Daha əlçatan olan informasiya qalan hər şeyi alt-üst edir. 

Bundan əlavə, koqnitiv tələlər də var, insanlar bu tələlərə tez-tez düşürlər. Sadə bir misal deyim. Tutaq ki, kimsə öz tanışını təsvir edir: “Olduqca utancaq biridir, ünsiyyət qurmağı bacarmır, lakin həmişə kömək etməyə hazırdır, səliqə-sahmanı sevir və xırdalıqlara diqqət edir”, sonra isə soruşur: “Onun peşəsini tap: fermer, yoxsa kitabxanaçı?”. Və çoxları cavab verir: “kitabxanaçı”. Əslində, ABŞ-da fermerlərin sayı kitabxanaçıların sayına nisbətən daha çoxdur və hər kəs bunu bilir. İnsanlar statistikanı nəzər almayıb tələyə düşürlər. Biz istəyirik ki, insanlar bunu başa düşsünlər. 

Nə vaxtsa özünüzdə koqnitiv səhvlər aşkar etmisiniz?

Bəli, onlardan bəzilərini hətta öz nümunəmizdən kəşf etmişik. Sizə proqnozlaşdırma tələsindən danışmaq istərdim.   

Koqnitiv psixoloqların qrupuna mən də daxil idim və İsrailin Təhsil Nazirliyi bizə düzgün düşünmə bacarıqlarını inkişaf elətdirən məktəb dərsliyini yaratmağı tapşırdı. Təxminən bir il işlədik, sonra müştəri bizdən bu işi nə qədər müddətdə yekunlaşdıra biləcəyimizi soruşdu. Hər birimiz neçə fəsli hansı müddətdə təqdim edə biləcəyini təxmin etdik (artıq hər birimiz bir fəsil yazmışdır və bunun nə qədər vaxt tələb etdiyini bilirdik). Bu məlumatlara əsaslanaraq hesablama apardıq, ortalamanı çıxardıq və gözlənilməz halları nəzərə alaraq aldığımız müddətə bir neçə ay əlavə etdik. 

Daha sonra Təhsil Nazirliyindən adətən dərsliklərin yazılmasına nə qədər vaxt sərf edildiyini soruşdum və cavabımı aldım: 7-10 il və çox vaxt iş yarımçıq qalır. Onlar əlavə olaraq qeyd etdilər ki, işlərini yarımçıq qoymuş ekspertlər bizdən qat-qat təcrübəli idilər. 

Onda biz başa düşdük ki, yazdığımız bir fəsildən çıxış edərək qiymətləndirmə aparmaq düzgün deyil. Biz prosesi ləngidə biləcək və komanda işini pozacaq “naməlum” faktorları nəzərə almamışdıq. Nəticədə, dərsliyi 8 ilə yazıb bitirə bildik. 

Bütün predmetlərə yalnız şəxsi təcrübədən çıxış edərək baxmaq olmaz. Bəlkə də bu, “Asta düşün, tez qərar ver” kitabının ən vacib ideyalarından biridir. 

Müəyyən müvəffəqiyyət əldə etmiş liderlərin sirri düzgün qərar qəbul emtək qabiliyyətindədir? Yoxsa onlar koqnitiv səhvlərə yol verməmək üçün peşəkar məsləhətçilərin xidmətlərindən istifadə ediblər?

Siz uğurun əsas amilini unudursunuz – bəxt. Bir çox sahədə uğur və uğursuzluq arasında ciddi asimmetriya var. Uğursuz olmaq asandı: hər birimiz istənilən qədər səhv edə bilər. Uğursuzluqların səbəblərini və trayektoriyasını təhlil etmək olduqca sadədir, müvəffəqiyyəti araşdırmaq isə çətindir. Uğur iki komponentdən ibarətdir: bəxt və fəlakətli səhvlərdən qaçınmaq. Buna görə də, uğurlu liderləri səciyyələndirmək adətən çətin olur. 

Sözlərinizə görə, güvən uğurun əsas amillərindən biridir. Sizcə, insanlar daha çox hansı liderlərə güvənirlər: düşünən, yoxsa öz intuisiyasına arxalanan?

Mənə elə gəlir ki, impulsiv lider insanlara daha yaxın olur. Adətən o özünə güvənir və seçdiyi istiqamətdən şübhə etmir. Ona daha çox güvənirlər, onu daha çox dinləyirlər. Buna baxmayaraq, impulsiv liderlər düşünən liderlərlə daha çox səhv edirlər. Düşünmək qabiliyyəti qərarların keyfiyyətinə təsir göstərməklə yanaşı, “kütlədə olan dayağı” zəiflədir. Misal olaraq ABŞ-ın keçmiş prezidentləri olan Corc Buş və Barak Obamanı göstərmək olar. 

İnsanlar sadələşdirməyi sevirlər?

Bəli, manipulyatorlar bundan tez-tez istifadə edirlər. İnsanlar sadə, başa düşülən hekayələri dinləməyi xoşlayırlar. Məhz buna görə də hekayə danışmaq bacarığı lider üçün əlavə üstünlükdür. 

Kitabınızda Sistem 1 (çevik, intuitiv qərarlar) və Sistem 2 (metodik şəkildə düşünmə) arasındakı fərqlərdən danışırsınız. Sizcə, düşünmək qabiliyyətini inkişaf elətdirmək olarmı? Yoxsa hər şey genlərdən asılıdır?

Əlbəttə ki, bu bacarıq hər bir insanda fərqlidir. Bəziləri rasional alətlərə, digərləri isə intuisiyaya meyl edirlər. İnsanlar düşünməyi öyrənə bilərlər və bu işdə təhsilin böyük rolu var. Hamımız başa düşürük ki, özünü dəyişdirmək çox çətindir, məhz buna görə təşkilatlarda qərarların qəbul edilməsi prosesində müəyyən dəyişiklərə nail olmasına daha çox inanıram. 

Misal gətirə bilərsiniz?

Mənim ən çox pre mortem (latın dilindən “ölüm faktına kimi” deməkdir) prosedurdan xoşum gəlir. Məsələn, rəhbərlər qrupu müəyyən bir qərarın qəbul edilməsinin müzakirəsini aparır. Adətən bu halda hər kəs qərarın yalnız müsbət nəticələrindən danışır, sonda isə protokolda “Qəbul edildi” qeyd olunur. Pre mortem isə odur ki, insanlara yalnız bir sual verilir: “Təsəvvür edin ki, bu qərarı qəbul etdikdən sonra artıq 2 il keçib və işlərimiz qaydasında getmədi. Sizcə, bunun səbəbi nə ola bilər? Uğursuzluğun mümkün səbəblərini yazın”.

Mənə elə gəlir ki, pre mortem proseduru bütün tərəddüdləri leqitimləşdirməyə kömək edir. 

Bu metodun köməyi ilə şirkət gələcəkdə üzləşə biləcəyi maneələri müəyyən edə, planını təkminləşdirə və daha yaxşı nəticələrə nail ola bilər. 

Siz səhvlərin digər səbəbini də tədqiq etmisiniz. HRB jurnalının 2016-cı ildə statistik “səs-küy” mövzuna dair dərc etdiyi məqalə də buna aiddir. 

Bəli-bəli. Və bu gün bir bu mövzuda kitab yazırıq. Birincisi, insanların verdiyi qiymətlər “səs-küy” un yaranmasına səbəb olur, ikincisi, onun əsl həcmi qərarların keyfiyyətinə görə cavabdeh olan insanlara bəlli deyil. Adətən “Səs-küy” un miqyası səhv qiymətləndirilir. 

Bu məqalədə siz alqoritmlərin insandan üstün olmasından danışırsınız…

Alqoritmlər ona görə yaxşıdır ki, onlar səs-küydən azaddırlar. Əgər eyni məsələni alqoritm vasitəsilə həll etsəniz, eyni cavabı almış olacaqsınız. Bu gün alqoritmlər daha çox vəzifə yerinə yetirə bilirlər və bunun əsas səbəbi səhvlərin olmamasıdır. 

Alqoritm, yoxsa süni intellekt?

Süni intellekt də alqoritmdir. Fərq ondadır ki, alqoritmlər hazır qaydalardan istifadə edirlər, süni intellekt isə bu qaydaları yaradırlar. Ənənəvi alqoritmlər kimi süni intellekt də səs-küydən azaddır. 

Gələcəyimizi təsvir edən kitab və filmlərdə alqoritmlər insanlara hökmranlıq edirlər. Və bu gələcək bizi qorxudur. 

Romanları oxuyan və ya bütün günü seriallara baxan insanlar qorxurlar, ekspertlər isə yox. Biz robotun insandan ağıllı ola biləcəyindən narahatıq. Bəşəriyyət buna necə uyğunlaşacaq, insanlar süni intellekti necə idarə edəcəklər? Lakin mütləq deyil ki, robotlaşdırılmış gələcək insana qarşı olsun. Çünki robotları daha humanist edə biləcək həllər var. Düzdür, onlar mürəkkəbdirlər və bunun üzərində bu gündən etibarən işləməyə başlamalıyıq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları