Şirkətlərin əksəriyyətində işçinin göstərdiyi nəticələrə daha çox qiymət verirlər. Lakin, aparıcı psixoloqlar mövcud qiymətləndirmə sistemini yararsız hesab ediblər.
Nyu-Yorkda keçirilən Dünya Biznes Forumunda Daniel Kaneman, iştirakçılara təşkilatların işçilərin nəticələrini deyil, onların iş prosesini qiymətləndirmələrini söyləyib.
Daniel Kaneman, 2002-ci ildə davranış iqtisadiyyatı sahəsində işinə görə Nobel mükafatına layiq görülüb, 2011-ci ildə isə “Asta düşün. Tez qərar ver” adlı bestsellerini nəşr etmişdir.
“Qəbul edilmiş qərarın keyfiyyəti, nəticəni müəyyən etmir”,- Kaneman vurğulayıb,- Siz çox yaxşı bir qərar verib, bəxtiniz gətirmədi deyə pis nəticə əldə edə bilərsiniz. Lakin, pis qərar verib yaxşı nəticə əldə ətmək şansınız var”.
“Bu səbəbdən, menecerlər nəticələri təşviq edib işçinin əziyyətinə dəyər verməyəndə, bu, bəxtin gətirmədiyinə görə cəza və ya gətirdiyinə görə işçinin aldığı mükafata çevrilir”.
Kanemanın arqumentləri, Duke Universitetində psixologiya və davranış iqtisadiyyatının professoru olan Den Ariyelin 2016-cı ildə Business Insider-ə verdiyi məlumatları xatırladır. Bu yaxınlarda Ariyelinin insan motivasiyasına dair yeni kitabı, “Payoff” adlı kitabı nəşr olunmuşdu.
Ariyeli bildirir ki, uşaqları müvəffəqiyyətə nail olmaq üçün motivasiya etməyin ən yaxşı yolu, onları nəticələrə görə deyil, göstərdikləri səylərə görə tərifləməkdi. Və eyni məntiq böyüklərin də motivasiyasına aiddir.
Ariyeli işçilərinin işə verdiyi “töhfə” üzərində dayanmağı təklif edir. Əks təqdirdə, təsadüfən müsbət bir nəticəyə gətirib çıxaran yararsız bir prosesi müsbət qiymətləndirmək riski var.
Nəticələrə daha çox önəm verməyiniz, insanların işinin keyfiyyətini azalda bilər
Bir tərəfdən, göstərdikləri nəticələrə görə işçilərin qiymətləndirilməsi məntiqlidir. İş yeri məktəb deyildir və siz şirkətə fayda gətirmək üçün buradasınız.
Lakin, Suortmor kollecinin psixoloqu olan Barri Şvarç, bu sistemin ciddi fəsadlara gətirə biləcəyini iddia edib. Şvarç, 2015-ci ildə yazdığı “Biz niyə işləyirik” adlı kitabında, Amerika təhsil sistemini misal göstərərək qiymətləndirmənin müəllimlərin keyfiyyətli bir şəkildə çalışmasına necə təsir göstərdiyini izah edib.
O yazır ki, müəllimlər tədris ilinin sonunda keçiriləcək test üçün hazırlığa və ya standart imtahan vermək istiqamətində təlimatlandırılıblar. Onların müvəffəqiyyəti ölçülür, maaşları isə bu testlərdə şagirdlərin göstərdikləri nəticələr əsasında müəyyən edilir.
Şvarç yazır: “Bu yanaşmanın ən faciəvi nəticəsi, yaxşı müəllimlərin enerjisindən və həvəsindən məhrum olması və ya təhsil sahəsini tərk etməyə məcbur olmasıdır”.
Bəlkə də işəgötürənlərin nəticələrə istiqamətlənməsi ən asan yol olduğuna görə məqbul sayılıb. Çünki işçinin göstərdiyi “təşəbbüs”, “inadkarlıq” kimi keyfiyyətlərin nəzərə alınması külli miqdarda vaxt alaraq işçinin qiymətləndirilməsi prosesini bir xeyli çətinləşdirərdi.
Kaneman dediyi kimi, “prosesi qiymətləndirmək nəticəyə nisbətən daha çətindir”.