16 C
Baku
Monday, May 20, 2024

Danimarka Ukraynaya əlavə hərbi yardım ayıracaq

Danimarkanın Baş naziri Mette Frederiksen, krallığın bu il və gələn il Ukraynaya hərbi yardım məqsədilə xərclərini 17.9 milyard kron (2.4 milyard avro) artırmaq planlarını açıqlayıb.

Mart ayında Danimarka 2023-cü ildə Ukraynaya hərbi, mülki və digər yardımlar üçün ümumi dəyəri 1 milyard avro olan xüsusi fond yaradıb.

Mette Frederiksen Danimarka ictimai radiosuna müsahibəsində hökumətin bu il fonda daha 7.5 milyard kron (təxminən 1 milyard avro), gələn il isə 10.4 milyard kron (təxminən 1.39 milyard avro) ayırmağı planlaşdırdığını söyləyib.

Baş nazirin sözlərinə görə, ayrılan əlavə vəsait Ukraynaya hərbi yardım göstərmək üçün istifadə olunacaq.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər