10 C
Baku
Wednesday, December 11, 2024

Darvin təkamülü: “Pis oğlanlar” necə milyarderə çevrilir?

Xerox şirkətinin nəhəng səhmdarı Darwin Deason – məşhur qalmaqalçı, spirtli içki aludəçisi və macəraçıdır. Mübahisəli mənəvi keyfiyyətlər sahibkara biznes müharibələrdə irəli getməyə köməklik edir.

Darwin Deason hesabını yaxşı bilən və həvəskar insandır. Onun müəssisələri daimi uğur, özü isə nəinki biznes, həm də kriminal xronika ilə yadda qalmağı bacarıb. Hazırda o 1.26 milyard dollar sərvətə (Forbes jurnalının versiyasına görə amerikalı milyarderlər sırasında 423-cü yerdədir) sahibdir. 5 dəfə evlənib. Ali təhsili yoxdur. Qanunlara qarşı  münasibəti elə də yaxşı deyil. Bir dəfə tapança ilə öz aşbazının “ovuna çıxmışdı”.

Karyerası:

Darwin Deason 1941-ci ildə Arkanzasda yoxsul fermer ailəsində dünyaya gəlir. Məktəbdə riyazi bacarıqlarının yüksək olduğunu aşkar edir. Lakin təhsilə qarşı həvəsli deyildi. Yeniyetmə dövründə isə dostları ilə içməyə və qızlarla əylənməyə üstünlük verir. Attestatını yenicə əldə edən Deason atasından 50 dollar alır, köhnə Pontiac avtomobilinə əyləşir və Oklahoma ştatında yerləşən böyük Tulsa şəhərinə yollanır. Burada o Gulf Oil neft şirkətində kuryer olaraq işləməyə başlayır. Məlumatların emal edilməsi bölməsindən dostları ilə söhbət etdikdən sonra məhz bu bölməyə keçməyə qərar verir.

Məlumatların emal edilməsi Deason üçün bütün həyatının ən maraqlı işinə çevrildi. O tezliklə Gulf Oil şirkətindən gedir, Texasda Dallasa köçür və məlumatların emal edilməsi ilə məşğul olan şirkətdə işə düzəlir. Qısa zamanda burada bölmə rəisi vəzifəsinə yüksəlir və digərləri zərərlə üzləşdiyi bir zamanda sabit gəlir əldə etməyə başlayır. O işində irəli getdikcə digərlərini “limon kimi əzirdi”. Onun bu xüsusiyyəti 29 yaşında icraçı direktor vəzifəsini qazanmasına kömək edir. Vəzifə ilə birlikdə şirkətdən kiçik səhm paketi də əldə edir və bu paketin adını MTech olaraq dəyişir. 5 il ərzində bu biznes 6 dəfə böyüyür.

MTech şirkətinin əsas səhmdarı Mcorp holdinq şirkəti idi ki, onun da əsas aktivi Mercantile Bank olur. 1988-ci ildə bank yararsız hala gəlir və MCorp iflas ilə üz-üzə dayanır. Bu zaman Deason MTech şirkətini öz əlinə almağa qərar verir. O 360 milyon dollar kredit xətti toplayır, MBO, yəni şirkətin menecment tərəfindən alınmasını həyata keçirməyi sınayır. Lakin son anda kimsə 100 milyon dollar artıq təklif edir.

Deason həmin an istefa verir. Şirkət nümayəndələri maraqların mübahisəsindən yayınma haqqında müqaviləni ona təqdim etməyi belə çatdırmırlar. O öz səhmlərini 9 milyon dollara satır və qərar verir ki, artıq təqaüdə çıxa bilər. Üç gün istirahət Deason üçün həddindən artıq çox gəlir. Dördüncü gün o artıq kolleqalarına və investorlara zəng etməyə başlayır. Yarım aydan sonra isə MTech şirkətinin 22 top-menecerindən 18-i onun yeni –  Affiliated Computer Services (ACS) şirkətində işləməyə razılıq verir.

Zəhmətkeş:

Onun yeni müəssisəsinin ideyası digər şirkətlərin “kağız-kuğuz” işlərini həll etməkdən ibarət idi. Şirkətin ilk müştərisi əmanət bankları olur. ACS şirkəti ilə ilk müqavilələr qalmaqal ilə yadda qalmışdı. İki bank ACS şirkətinin demək olar ki, yarısını almışdılar, onları idarə edən şəxslər isə onun səhmləri üzrə opsionu əldə etmişdi. Tezliklə banklar çətin vəziyyətə düşdü, tənzimləyicilər isə belə nəticəyə gəldilər ki, idarəedicilər Deasona xidmətlərinin qarşılığı olaraq onunla hesablaşarkən öz təşkilatlarının aktivlərini küləyə sovurmuşlar. Deason isə bu iddianı təkzib edirdi. Lakin buna baxmayaraq ACS şirkəti günahını boynuna almasa belə 500 min dollar cərimə ödəməyə razılıq verdi.

Bu cərimə ACS şirkətinin biznesini ləngitmək əvəzinə onun inkişafına təkan verdi. Şirkət 1994-cü ildə IPO (səhmlərin bazarda ilk dəfə yerləşdirilməsi) keçirdi. Deasonun müştəriləri sırasında sığorta şirkətləri, uşaq müavinətlərini özləri yazmağa tənbəllik edən aidiyyatı qurumlar və s. var idi. Deason isə öz işçilərinə tənbəllik etməyə imkan vermirdi. İşçilər saat 7-də artıq öz işlərinin başında olsunlar deyə, iclasları səhər saat 6-ya təyin edərdi.

Bank rəhbərləri ilə qalmaqal ACS şirkətinin tarixində qanunla yaşanan son mübahisə deyildi. 2001-ci ildə Precept Business Services şirkəti iflas olduğu zaman belə məlum olur ki, şirkət Deasonun nəqliyyat, digər xidmətlər və cangüdən xərclərini ödəyib, ona endirim ilə dəbdəbəli daşınmaz əmlak satıb və maqnatın digər bahalı əyləncələrini ödəməli olub. Əvvəl olduğu kimi, Deason yenə də günahsız olduğunu bildirir, lakin buna baxmayaraq uzun sürən məhkəmə proseslərindən uzaq olmaq üçün 3,75 milyon dollar cərimə ödəməyə razı olur.

Deason tez bir zamanda düşünür ki, o yalnızca yaxtada rahatlıq tapa bilər. 2001-ci ilin payızında yaxta sahildən yenicə uzaqlaşdıqda ekipajın 3 üzvü Deasonun onlarla kobud rəftarına tab gətirməyərək istefa edir. Bir neçə gün sonra aisə aşbaz özündən çıxmış Deasondan canını qurtarmaq üçün kayutaya girərək qapını arxadan kilidləyir. Ekipajın qonağı və üzvü olan şəxslər daha sonradan Dmagazine jurnalına verdikləri müsahibə zamanı bildirmişdilər ki, o əlində tapança ilə həmin o aşbazın arxasınca dolaşır və onu öldürəcəyi ilə hədələyirdi. Son nəticədə o aşbazı Nassau-dan 80 mil aralı olan bir adada düşürür. Aşbaz isə bir neçə gün orada qaldıqdan sonra evinə qayıda bilir. Deason isə deyib ki, aşbaz ona qulaq asmırdı və budur, məhz buna görə onu cəzalandırıb, lakin öldürmək ilə hədələməyib. Ümumilikdə dənizçilik qaydalarına görə ekipajın hər hansı bir üzvünü dənizin ortasında düşürmək qadağandır. Deason isə bu qaydalardan xəbərsiz olduğunu dilə gətirib. Aşbaz isə keçmiş sahibini məhkəməyə verməkdən imtina etmişdi.

O zamandan bu günə qədər çox şey dəyişib. Deason 5-ci dəfə nigaha daxil olub. Onun bu dəfə ki, həyat yoldaşı Katerina ondan 27 yaş kiçikdir.

Son xəbərlər
Digər xəbərlər