8 C
Baku
Friday, March 29, 2024

Daşınmaz əmlak üzrə sığorta müqavilələri 35% artdı

Avqust ayı ərzində daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 57 385 mindən çox sığorta müqaviləsi bağlanmışdır.

Banker.az Dövlət Sığorta Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği, daşınmaz əmlakın icbari sığortası üzrə 11 656 980 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 274 676 manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 45 368 918 manat, sərnişinlərin icbari fərdi qəza sığortası 85 423 manat təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası haqları 3 028 294 manat və yaxud 35% daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası 26 375 manat 11% artıb.

Son xəbərlər
Digər xəbərlər