31 C
Baku
Monday, June 17, 2024

Daşınmaz əmlakın ən baha olduğu şəhərlər

1. Monako

Monaka – Avropanın ən gözəl və rahat yerlərdən biridir. Heyrətamiz təbiətə malik olan Monaka son vaxtlar daşınmaz əmlak almaq üçün ən yaxşı şəhərlər reytinqinə daxil olur. Burada elit daşınmaz əmlak nümunəsinin qiyməti hər kvadrat metrinə görə 53.226 dollara çatır. Monakaya xas xüsusiyyətlərdən biri də odur ki, bu ölkədə fiziki şəxslərin gəlirlərindən və yaxud kirayədən vergi tutulmur. Burada yalnızca fransız vətəndaşlarından vergi tutulur və onlar bu vergiləri Fransa hökumətinə ödəyirlər. Monakada Monte-Karlo daşınmaz əmlak almaq üçün ən yaxşı yer hesab edilir. PlaceDuCasino-nun yaxınlığında yerləşən CarreD’Or dəbdəbəli ev almaq üçün ideal məkandır. Bu ərazidən şərqə və ya qərbə doğru hərəkət etdikcə daşınmaz əmlak qiymətləri enir.

2. London

Böyük Britaniyanın paytaxtı London sözsüz ki, dünyanın ən inkişaf etmiş meqapolislərindən biridir. OneHydePark və KensingtonPalaceGardens ərazilərinin getdikcə məşhurlaşması ilə London milyarderlərin seçiminə çevrilmişdir. Bu milyarderlər sırasında Lakşmi Mittal, Roman Abramoviç və s.lərdə var. Son bir neçə maliyyə ili ərzində Londonda elit daşınmaz əmlak nümunələrinin dəyəri nəzərə çarpacaq dərəcədə enmişdir. Burada kirayə haqqı kirayəçi və sahibkar arasında razılaşma yolu ilə təyin edilir və daşınmaz əmlakın sahibi sakini 6 aydan sonra evdən çıxara bilər. Vergi tutulmasının azalması və elit dəbdəbəli daşınmaz əmlaka tələbatın artması ilə London hər kvadrat metrə orta hesabla 20.505 dollar təklif edir.

3. Honq Konq

Asiyada ən çox inkişaf edən iqtisadiyyat Honq Konq iqtisadiyyatıdır. Honq Konq son zamanlar daşınmaz əmlak almaq üçün ən bahalı şəhərlərdən biri hesab edilir. Güclü iqtisadiyyatı və daim artan daşınmaz əmlak qiymətləri ilə Honq Konq varlı insanlar üçün mərkəzə çevrilir. Burada hər kvadrat metr üçün 19.323 dollar təyin edilib. Honq Konq-da daşınmaz əmlaka yüksək tələbatın olmasının əsas səbəbi burada vergilərin çox aşağı olması və Honq Konqun güclü iqtisadiyyatıdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər