2 C
Baku
Saturday, December 14, 2024

Davos İqtisadi Forumunda Azərbaycanda qeyri-neft sektorunun inkişafı müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos Dünya İqtisadi Forumunda iştirak edib.

Banker.az xəbər verir ki, bu barədə nazir özünün rəsmi Twitter səhifəsində məlumat verib.

“Davos Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında qlobal əməkdaşlıq mühiti çərçivəsində yeni çağırışlar, dayanıqlı iqtisadi fəaliyyət, enerji resurslarından səmərəli istifadə və rəqəmsal həllərin tətbiqinin əhəmiyyəti barədə danışdıq. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, yaşıl iqtisadi artım, dayanıqlı infrastruktura investisiyaların təşviqi və qeyri-neft sektorunun inkişafı barədə müzakirə apardıq” – deyə, nazir qeyd edib.

Son xəbərlər
Digər xəbərlər